Bakı Estrada Teatrının kollektivi yeni konsert proqramı ilə çıxış edəcək.
Gün.Az xəbər verir ki, “Olur belə şeylər” adlı konsert proqramı martın 1 və 2-də olacaq.
Yumoristik tamaşa Aktyorlar Evində nümayiş olunacaq.
Aktyorları tanınmış klarnet ifaçısı Seymur Kərimovun rəhbərlik etdiyi ansambl müşayiət edəcək.
Tamaşada teatrın aktyoru və teleaparıcı Elcan Rəsulov da konsert proqramına əsasən 4 səhnəcikdə iştirak edəcək.
Konsertin açılışında isə səhnədə Elcan Rəsulov olacaq və onun Türkiyənin məşhur layihəsi olan “Yetenek Sizsiniz”də Azərbaycandan olan iştirakçılar “Grazy eyes” rəqs qrupu ilə xüsusi proqramı nümayiş olunacaq.
Tamaşaçılar teatrın rəhbəri, meyxana ifaçısı Vüqar Abdulovu da səhnədə görəcəklər.
Konsert proqramı Mədəniyyət və Turzim Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turzim idarəsinin dəstəyi ilə keçiriləcək.
gun.az