Qoç - işgüzar və şəxsi münasibətlər diqqət
mərkəzində olmalıdır. Gözlənilməz çətinliklər yeni əlaqələr sxemlərinin
aranmasına rəvac verəcək. İndi əsas məsələ sizin üçün təhlükəsizliyin
əsasını təşkil edən ünsürləri qorumaqdır. Tərəfdaşınız müstəqilliyini
nümayiş etdirəndə güclü emosional reaksiya verməyin.
Təmkinli olun və şəxsi münasibətlərdə sizi çoxdan bəri narahat edən məqamı araşdırın.
Axşam saatlarını ev işlərinə həsr edin.
Buğa -
işlərdə yaranan çətinliklər sizi daha diqqətli olmağa, prosesi
intensivləşdirməyə, ciddi söhbətə qatılmağa vadar edəcək.
Planlaşdırdığınız bəzi işləri yalnız təmkin və intizam sayəsində
reallaşdıra biləcəksiniz. Hadisələrin sizə sərfəli olan istiqamətdə
spontan inkişafını da gözləmək olar. Tərəfdaşlarla rolları düzgün
bölüşdürün, dərin ixtilaflar yaratmayın. Ümumi məqsədlər səyləri
sinxronlaşdırmaq zərurəti yaradır.
Emosiyalar həddən ziyadə olduğundan şəxsi münasibətlər üçün çətin gündür.
Soyuqqanlı və səmimi olun.
Əkizlər
- yaxın ətrafınızdakı insanların hisslərinə, gözləntilərinə diqqətli
olun. Kimsənin xətrinə dəyməyin, incitməyin, tənqidləri müzakirə
etməyin. Daha çox sual verin. Mahiyyətə varmağa çalışın. Bir şərtlə ki,
həmsöhbətiniz sizin marağınızı və ona xoş münasibətini hiss etsin.
Bütün bunlar çətindirsə, müstəqil fəaliyyət göstərin.
Axşam
saatlarında gəzintiyə çıxın, pozitiv emosiyalar alın. İstirahət sizə
prioritetləri müəyyənləşdirməyə, işə marağı bərpa etməyə imkan verəcək.
Xəstəyə baş çəkmək, zəng və yazışma üçün əlverişli gündür. Emosional olmayın, etiraflara qapılmayın.
Xərçəng
- nigaranlıq və həyəcandan qorunmaq, yaşam arealınızı kənar təsirlərdən
hifz etmək istəyi ifrata varmasın. Qapalı məkan yaradaraq hər kəsdən və
hər şeydən təcrid olunmağa çalışmayın. Dəyərlərinizi qoruyun.
"Mənim" kəlməsi xüsusi əhəmiyyət kəsb edir.
İşlərdə tempi bir qələr azaldın, ailəyə, evə, yaxınlara daha çox diqqət yetirin. Ailə işləri üçün əlverişli zamandır.
Ailə üzvlərinin problemlərindən hali olun, onları dəstəkləyin.
Axşam saatlarında qonaq ola bilər.
Şir -
diqqət mərkəzində olacaqsınız. Uğurlar və nailiyyətlərinizin paxıllıq
yaratmamasına çalışın. Yarışmayın, üstünlüklərinizi nümayiş edirməyin.
Enerjinizi gərəkli məcraya yönəldin. Adi günlərdən fərqli olaraq uğurlu
zamandır. Köhnə tanışlıqlardan biri aktual məsələni həll etməyə təkan
verəcək. Şəxsi münasibətlərdəki problemin aradan qaldırılması, barışıq,
təmasların normallaşdırılması üçün əlverişli zamandır.
Günün
ikinci yarısında stress və gərginlik yaradan məqamlar yarana bilər.
Yaşananları daha çox təcrübə əldə etmək, önəm verdiyiniz insanlarla
qarşılıqlı anlaşmaya nail olmaq imkanları kimi dəyərləndirin.
Situasiyanın diqtə etdiyi işlə məşğul olun.
Aktivliyi uzunmüddətli layihələr strategiyasına yönəldin. Planları tərəfdaşlarla müzakirə edin.
Qız
- fəaliyyət göstərdiyiniz və ya maraqlanızı reallaşdırdığınız
kollektivdə, yaxud qrupda emosiyalarınızın izharına imkan verməyin.
Köhnə planlar, ideyalara fikir verin. Problemin həllinə həmfikirləri
cəlb edin. Ətrafınızdakı insanların fəaliyyətini pozitiv dəyərləndirin.
Planlarınızı reallaşdırmaq üçün dəstək ala bilərsiniz.
Gərginliyə
düçar olmadan, ifrat yorulmadan görə biləcəyiniz işlərə başlayın. Əks
halda hər şeyin mürəkkəbləşdiyini, əhvalınızın pisləşdiyini hiss
edəcəksiniz. Rahat, qarşılıqlı fəaliyyətin rəvan olacağı gündür.
Bir sıra məsələləri qeyri-formal vəziyyətdə müzakirə etmək əfzəldir. Pozitiv olun.
Tərəzi
- yaşımınızda ciddi dəyişikliklər başlanır. Hisslərinizdə tam açıq
olmayın, planlarınızı bölüşməyə tələsməyin. Qarşınızdakı insanın sizə
münasibətini dəqiq bilmirsinizsə, ehtiyatlı davranın.
İşgüzar
tərəfdaşlar və həmkarlarla münasibətlərdə soyuqqanlı olun, təmaslara
sərinlik gətirməyin. Ümumi problemlər, maraqlar sizi birləşdirə bilər.
Başqa işlərə ilginiz arta bilər. Çətinliklər iş və əməkdaşlığın yeni
variantına çıxışı sürətləndirir.
Mühüm xəbərlər gözləyin. Sizi narahat edən məsələlərə cavablar ala biləcəksiniz. Səhhətinizə fikir verin.
Stresslərdən qurtulmağa çalışın.
Əqrəb
- maliyyə vəsaitinizə qənaət edin. Məqsədə çatmaq üçün səylə çalışmaq
gərəkdir. Diqqət mərkəzində saxlamağınız gərəkən obyektlərin sayı artır.
İşinizi daha effektiv etməyə çalışın, yardımçılar arayın. İnformasiya
aramaq, bilik və təcrübəni artırmaq üçün əlverişli gündür.
Axşam saatlarında normal istirahət edin.
Oxatan
- qarşınızda yeni imkanlar və yeni yollar yaranır. Konkret olanı seçin,
diqqətinizi yayındırmayın. Cari işləri, xüsusilə də maliyyə
məsələlərini sürəkli nəzarətdə saxlayın. Birgə əmlak, mirasla bağlı
məsələləri həll etmək üçün uğurlu gündür.
Yaşamınızda başqasının pulları ilə bağlı mövzu peyda ola bilər. Perspektivlər əlverişlidir.
İntuisiyanıza qulaq asın. Başqalarının zəiflik və nöqsanlarını bağışlamağı bacarın.
Oğlaq
- niyyətlər və istəklərinizi bacarıqlarınız və imkanlarınızla
uyğunlaşdırın. İşlərdə pozitiv dəyişikliklər olacaq. Emosional təsirlərə
dürüst reaksiya verin, hadisələri yanlış dəyərləndirməyin.
Təhlükəsizliyinizin təminatına nail olun, münaqişəli situasiyalara
qarışmayın. İmkanları əldən verməyin, şanslardan iş üçün yararlanın.
Bədxərclik etməyin. Pul sizə konkret məqsədlər üçün gərək olacaq.
Dolça -
peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz. Şərait,
ünsiyyət çevrəsi, ətrafınızdakı insanların kimliyi önəm kəsb edir. Şəxsi
işlər və maraqlara diqqət ayırın. Əsas fəaliyyətinizlə bağlı yeni
ideyalar yarana bilər.
Köçürmələr, alış-veriş etmək, cari
xərclərlə bağlı tərəfdaşlarla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür.
Ünsiyyət çevrəsini məhdudlaşdırın, müstəqil işləməyə çalışın.
Emosionallıq səviyyəsi yüksək olduğundan tələskən, düşünülməmiş addımlar
atmayın. Şikayətləri dinləyin. Öhdəsindən gələ bilmədiyiniz problemi
ürəyinizə salmayın.
Balıqlar -
bu gün sizi maraqlandıran, arzuladığınız məqamlara daha yaxınsınız.
Narahat və nigaran qaldığınız nəsnəni əldə edə bilərsiniz. Tələskən
davranaraq yeni problemlər yaratmayın. Güclü emosiyalara ehtiyacınız
varsa, onları alacaqsınız.
Planlar, istəklər, iradlar çoxdur.
Dəyişikliklərin intensiv olacağını düşünməyin. İntuisiya güclüdür.
Bununla yanaşı, ətrafınızda mübhəm amillər güclənir. Kiminsə gizli
təsiri, marağı var.
Təmasların sayını azaldın. Sosial şəbəkələrdə ehtiyatlı olun. Müşahidə edin, mühüm məlumatı paylaşmayın.
Milli.Az