Qoç - İşgüzar baxımdan uğurlu gündür, başqasının əlinin (beyninin) əməyi hesabına öz problemlərinizi səmərəli şəkildə həll edirsiniz. Danışıqlar da müvəffəqiyyətlə keçir. Alqı-satqı müqaviləsi, eyni zamanda nəqliyyat vasitələri və əmlaka dair sövdələşmələri imzalamaq olar. Həmkarlarınızla çoxdankı fikir ayrılığına son qoya, anlaşılmazlıq divarını yıxa bilərsiniz.
Təəssüf ki, şəxsi həyatınızda hər şey belə gözəl deyil. Ən yaxın adamınızla sözləriniz çəp gəlir. Amma vaxtında güzəştə gedərək münaqişədən qaça bilərsiniz.
Buğa - Çox gərgin gündür. Bir-birindən qəliz xeyli problemi həll etməlisiniz, çox «çətin» bir adamla aranızdakı münasibəti düzəltməlisiniz, qarışıq situasiyadan çıxış yolu tapmalısınız - və bütün bunların hamısının öhdəsindən günün birinci yarısında gəlməlisiniz.
Sonra isə asan olacaq. Hadisələrin gedişatı ləngiyəcək, daza rahat ritmə düşəcək. Çalışın, intuisiyanızı dinləyəsiniz, məhz o, məqsədinizə doğru ən qısa yolu açıqlayacaq. Qanunların, ümumi qayda-qanun və ənənələrin pozulmasını nəzərdə tutan istənilən təklifə çox ehtiyatla yanaşın.
Əkizlər - Lazımi adamların diqqətini böyük əziyyət çəkmədən özünüzə yönəldə bilirsiniz. Bu, işdə uğura imkan yaradır, həmkarlarınız və tərəfdaşlarınızla ünsiyyəti asanlaşdırır. Rəsmiliyə etinasız yanaşa bilərsiniz. Səhvləriniz çox ola bilər, amma onları bağışlayacaqlar.
Qəfildən çox gözəl ideyalar ağlınıza gələcək, bunların reallaşdırılması isə qarşınızda göz qamaşdıran üfüqlər açır. Şəxsi münasibətlərdə təşəbbüs göstərməkdən çəkinməyin. Məhz cəsarətli addımlarınız həyatınızı asanlaşdıracaq.
Xərçəng - Komandada çalışmalısınızsa, nəzərə alın ki, bu gün qadınlarla işləmək kişilərlə işləməkdən daha asandır. Peşəkar məqsədlərinizə çatmaq üçün şəxsi münasibətlərdən istifadə edə bilərsiniz. Hətta çox «məsum» intriqalar da arzularınızın gerçəkləşdirilməsi üçün güclü alətə çevrilir. Sərfəli sövdələşmələr, gəlirlərinizin artması mümkündür.
İstənilən iri layihənin reallaşdırılmasına başlaya bilərsiniz. Öz şəxsi biznesinizi qurmaq, ev tikməyə başlamaq, nikaha girmək üçün uğurlu gündür. Məsələni bütövlükdə nəzərdən keçirmək bacarığınız bu gün çox karınıza gələcək.
Şir - Qarışıqlıq sizi qıcıqlandırır. Xeyli xırda çətinliklər, anlaşılmazlıqlar yaranır ki, bunlar böyük və vacib bir iş üçün böyük təhlükədir. Tərəfdaşlarınızla sözləriniz düz gəlmir, heç nədən mübahisələr yaranır. Siz isə çox zaman emosiya və şəxsi mənafe nöqteyi-nəzərindən çıxış edir, sadəcə, istəmədiyiniz səbəbindən təslim olmur və geri çəkilmirsiniz.
Həddən artıq özünəgüvən bu gün buraxdığınız bir çox səhvlərin səbəbidir. Ümid etməyin ki, kimsə sizin səhvlərinizi görməyəcək.
Qız - Ötən günün çılğın emosionallığı yerini sakitliyə və müdrikliyə təhvil verir. Bilirsiniz ki, çətin situasiyadasınız, amma şübhə etmirsiniz ki, ondan çıxış yolu tapacaqsınız. Etibarlı köməkçilər tapmağınız vacibdir.
Özünüzdən yuxarı pillədə olan əməkdaşlarla, nüfuzlu adamlarla, dövlət orqanlarının nümayəndələri ilə təmaslar üçün uyğun gündür. Gücünüzə əminlik şəxsi problemlərinizi həll etməyə, qarışıq və mürəkkəb münasibətlərə aydınlıq gətirməyə kömək edəcək. Çalışın, sizin prinsiplərinizə zidd olan hərəkətlərdən qaçasınız.
Tərəzi - Özlüyündə gün pis deyil, sadəcə olaraq, bütün Tərəzilər onun yaratdığı imkanlardan yararlana bilməyəcəklər. Emosiyalarınız sizi satır - onların ucbatından diqqətinizi cəmləyə, çətin situasiyadan çıxmaq üçün qərar verə bilmirsiniz. Soyuqqanlı bir köməkçiyə ehtiyacınız var.
Maliyyə baxımından pis gün deyil. Köhnə borclarınızı qaytaracaq, əvvəllər gördüyünüz bir işə görə mükafat verəcək, yaxud əlavə gəlir mənbəyi tapmanıza yardım edəcəklər. Qeyri-adi, cəsarətli qərarlarınız şəxsi münasibətlərinizi tez və səmərəli həll etməyə imkan verəcək.
Əqrəb - Bu ərəfədə yaranan anlaşılmazlıqları çözməli olacaqsınız. Bunu bacardıqca tez etməyə çalışın, çünki günün ikinci yarısında sizi daha maraqlı və xoş məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün sualları naharadək həll edin, sonra sizi yelbeyin əhval-ruhiyyə bürüyəcək və qənaət barədə düşünmək belə istəməyəcəksiniz.
Maraqlı tanışlıqlar mümkündür. Yeni hisslər parlaqdır və sürətlə inkişaf edir. Ancaq bir çox Əqrəblər bu gün məşhur «adamtanıma» hissiyyatlarından məhrumdurlar, bu səbəbdən özlərinə bab adam seçmək şansları minimumdur.
Oxatan - Elə də asan olmasa da, bu gün vacib qələbələr qazanırsınız. Əvvəllər sizi dəstəklməyə heç niyyətləri olmayanlar, bu gün sizin planlarınıza qarşı münasibətlərini tədricən dəyişirlər, axşama doğru, əgər icazə versəniz, onlar hətta sizin müttəfiqiniz ola bilərlər. Pul ala bilərsiniz. Bu gün bağladığınız sövdələşmələr gəlir gətirəcək.
Emosional fon yaxşıdır. Bu günün hadisələri şəxsi münasibətlərin inkişafına müsbət təsir edəcək. Bir çox Oxatanlar öz davranışlarını kökündən dəyişəcək, qeyri-adi hərəkətlər edəcək və nəticəyə təəccüblənəcəklər.
Oğlaq - Həftə uğurlu günlə başlayır. Bacardıqca çox iş görməyə çalışın. Məhz bu gün gələcək hadisələri istiqamətləndirirsiniz. Heç də həmişə asan olmayacaq, amma zəhmətiniz də hədər getməyəcək. Yeni məqsədlərin yaranması mümkündür, onları yaxınlarda reallaşdıracaqsınız.
Gün bütövlükdə kommersiya fəaliyyəti üçün münasibdir. Sizin gəlirləriniz hadisələrin təsadüfi gedişi nəticəsində xeyli arta bilər. Uzaq qohum və dostlarınıza aid xəbərlər sizi sevindirəcək. Sevən Oğlaqları xoş sürprizlər gözləyir.
Dolça - Sakitlikdir, bir neçə müddət öncə başladığınız işi davam etdirə bilərsiniz. Yeni layihələrlə isə tələsməyin, müxtəlif növ çətinliklər mümkündür. Başqalarına qarşı çox tələbkarsınız, özünüzə qarşı isə yox, bu, həm münasibətlərinizə zərbə vurur, həm də işinizi axsadır. Odur ki, ikili standartlardan qaçın.
Pul ala bilərsiniz. Sövdələşmələr bağlamayın, çox güman ki, yaxınlarda sizə daha yaxşı şərtlər təklif edəcəklər. İş görüşlərini qeyri-formal şəraitdə keçirmək, vacib məsələləri restoran və barda həll etmək məsləhət deyil. Alkoqoldan uzaq durun.
Balıqlar - Çox məhsuldar gündür. Əzmlə çalışırsınız, nəticə də sizi məyus etmir. Müxtəlif texniki və təşkilati məsələləri həll etmək üçün münasib gündür: belə situasiyalarda tayınız-bərabəriniz yoxdur. Fantaziya və yaradıcı yanaşma tələb olunan sahələrdə isə sönüksünüz, yaxşı olar ki, heç baş qoşmayasınız.
Hər şeyi reqlamentə salmaq, qaydalara riayət etmək yaxınlarınızla ünsiyyəti çətinləşdirir. Dostlarınız və yaxınlarınız qaşınmayan yerdən qan çıxarmanıza təəccüblənirlər. Yarınızla mübahisə də mümkündür, axı o, romantika gözləyir…
Milli.Az