ABŞ-da tarixin ən böyük xəzinəsi aşkarlanıb. Kaliforniyada bir ailə itləri ilə gəzintiyə çıxıblar.
Con və Meri adlı cütlük gəzinti zamanı torpağa basdırılan metal görüblər. Dərhal metal başlıq görülən sahə qazılıb. Nəticədə onlar içində 1400-dən çox qızıl olan 8 qab tapıblar.
Mütəxəssislər xəzinəni 10 milyon dollar dəyərində qiymətləndiriblər.
Hələ də heyrət içərisində olan cütlük gündəlik istifadə etdikləri yolda belə bir hadisə ilə qarşılacaqlarını ağıllarına belə gətirməyiblər. "Hamı kimi bizim də maddi problemlərimiz var idi. Onlardan qurtulduğumuza görə sevinirik".
Qızıl sikkələrin 19-cu əsrə aid olduğu güman edilir.
Qeyd edək ki, Saddle Ridg adlı ərazidən daha öncə də xəzinələr tapılıb.
ANS PRESS