Sabah Azərbaycan ərazisində qar yağacaq
26.2.2014

Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir.

Fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 27-də hava əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ölkə ərazisində yağıntılı hava şəraitinin fevralın sonuna kimi davam edəcəyi bildirilib.

ANS PRESS