Birinci Avropa Olimpiya Oyunları ilə əlaqədar marşrut xətləri müəyyənləşdirilib
26.2.2014


Birinci Avropa Olimpiya Oyunları ilə əlaqədar marşrut xətləri müəyyənləşdirilib

2015-ci il I Avropa Olimpiya Oyunları ilə əlaqədar marşrut xətləri müəyyənləşdirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verilən məlumata əsasən hazırda “Avtocad map” proqramı üzərində sxemləri işlənilir.

Bildirək ki, NİİM tərəfindən 2013-cü il ərzində Bakı şəhərinin avtomobil yollarında hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin davamlı hərəkətini təşkil etmək məqsədilə 18 yol qrupunun vaxt planları yenidən hazırlanıb, həmin ərazilərdə yerləşən 62 ədəd siqnal kontrollerlərinə yüklənib.
Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinə məxsus avadanlıqlar vasitəsilə mütəmadi olaraq küçə və prospektlərdən keçən nəqliyyat vasitələrinin sayı haqqında məlumatlar təhlil edilmiş və cari il ərzində artım qeydə alınıb.


gun.az