Azərbaycanda “Dəniz limanları haqqında” qanun layihəsi qəbul edilib
26.2.2014

“Dəniz limanları haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunub.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Gəmi Reyestrində 1000 gəmi qeydə alınıb.

O bildirib ki, ölkədə gəmilərin nəzarət yoxlaması da yüksək səviyyədədir. Onun sözlərinə görə, dəniz limanının istifadəyə verilməsi Azərbaycanın bu istiqamətdə də beynəlxalq mövqeyini möhkəmləndirəcək.

“Dəniz limanları haqqında” qanun Azərbaycanın dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyir, limanların inşası, açılması, bağlanması, onlarda fəaliyyətin həyata keçirilməsi qaydalarını, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edir.

Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Gün.Az