Dubayda keçirilən Beynəlxalq turnirin ikinci günü yüngül atletlərimiz iki medal qazandı
26.2.2014

Yüngül atletika üzrə Milli Paralimpiya komandamız Dubayda keçirilən “Fəzaa” Beynəlxalq turnirində uğurla çıxış edir.

Yarışın ikinci günündə çıxış edən idmançılarımızdan Elçin Muradov 200 m qaçışda 1-ci yeri tutaraq qızıl medala, Solmaz Səfərova lövhəatma idman növündə gümüş medala sahib olub.

Xatırladaq ki, daha əvvəl idmançılarımız 4 medal qazanmışdı. Elvin Astanov nizə atma idman növündə 2-ci yeri tutub. Samir Nəbiyev nüvə itələmə və lövhə atma idman növlərində bürünc medal qazanıb. Mənzərə Əhmədova isə nizə atma idman növündə 3-cü yerə sahib olub.

Gün.Az