Kombinezonlar
yeni mövsümdə qarderobumuzun baş tacı olacaq. Bağban stili olan
kombinezonlar 70-ci illərdən bəri cins parçalardan tikilir. 1990-cı illərdə isə kombinezonlar artıq müxtəlif parçalardan tikilməyə başlayır. 2014-cü
ilin kolleksiyalarında müxtəlif formalarda tikilən kombinezonlar yer
alıb. Yəqin aranızda onları necə və nə ilə sintez etməyi bilməyənlər
var.
1. Cins kombinezonlar
– Gündəlik stilinizdə rahatlığıa önəm verirsinizsə, cins kombinezonlara
müraciət edin. Sofistik stil yaratmaq üçün geyiminizə bir neçə detal
əlavə edə bilərsiniz. Məsələn, cins kombinezonu hündür daban ayaqqabı,
üst geyim kimi qara blayezer pencəklə fərqli üslub sahibi olarsınız.
2. Rəngli kombinezonlar - 90-cı
illərdə müxtəlif parçalardan tikilən kombinezonlar yaz aylarında
gündəmə gələcək. O illərin nostaljisini yaşamaq istəyənlər,
kombinezonların altında güllü və ya rəngli köynək geyinə bilər.
3. İdman üslubunda olan kombinezonlar –
Bu üslubda tikilən kombinezonlarla daha mükəmməl görünə bilərsiniz. Üst
geyim olaraq bomber gödəkçə və hündür daban ayaqqabılarla fərqli
olacaqsınız.
4. Dəri kombinezonlar
– Dəri ətək, dəri şortlar, dəri şalvar və nəhayət dəri kombinezonlar da
tikildi. Bir neçə mövsümdür ki, sanki dəri geyimlərlə eşq macərası
yaşayırıq. Bu macəra hələ uzun müddət davam edəcək. Qüsursuz stil sahibi
olmaq istəyirsinizsə, mütləq dəri kombinezon alın.
5. Kombinezon donlar
– Kombinezon donlar gözəl yaz-yay günləri üçün olduqca ideal seçimdir.
Onu babet ayaqqablar və saç lentləri ilə birləşdirərək casual stil
yarada bilərsiniz.





publika.az