Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb
27.2.2014

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mart ayına olan hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, mart ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 3-8, gündüzlər 9-14, bəzi günlərdə 16-21 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 20-27 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 17-23 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 13-18 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 42-52 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-48 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 14-19 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər çox (norma 23-90 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-45 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, dağlarda 1-6 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir.

APA