Avstraliyanın Rio Tinto dağ-mədən şirkəti çəhrayı almaz tapıb. Bu Avstraliya ərazisində aşkarlanan ən böyük çəhrayı almaz hesab olunur. Tapılan nadir daşın çəkisi 12,76 karatdır. "Argyle Pink Jubilee" adı verilən almaz Arqayl mədənində qazıntılar zamanı aşkarlanıb. Dünyada hasil olunan çəhrayı almazların 90 faizi Arqayl mədəninin payına düşür. 10 gün davam edəcək cilalanma prosesindən sonra çəhrayı almaz dünyanın bir çox ölkələrində nümayişə çıxarılacaq, daha sonra qapalı hərracda satılacaq. Şirkət "Argyle Pink Jubilee" almazının təxmini qiymətini müəyyənləşdirməyə çətinlik çəkdiyini açıqlayıb. Şirkətdən yalnız onu bildiriblər ki, bu tip daşlar yalnız muzeylərin kolleksiyalarında saxlanır, yaxud kral ailələrinə məxsusdur.