“Baku Creative Center” növbəti layihəsini həyata keçirir.
“Baku Creative Center”dən AzərTAc-a bildirmişlər ki, “Art cinema club”
adlanan layihə çərçivəsində hər həftənin şənbə günləri rəssamlar,
yaradıcı şəxsiyyətlər və incəsənət haqqında filmlər nümayiş
etdiriləcəkdir.
Əvvəlcədən keçiriləcək səsvermə nəticəsində təqdim edilmiş 5 film arasından seçilmiş bir ekran əsəri göstəriləcəkdir.
İlk nümayiş üçün “Frida”, “Mirvarili qız”, “Qoyyanın ruhları”, “Ən yaxşı
təklif” və “Pollok” filmləri səsvermə üçün təqdim olunur. Nümayiş
martın 1-də “Baku Creative Center”də keçiriləcəkdir.
Filmlər rus dilində nümayiş olunacaqdır.
AzərTAc