TRT Bakı Təmsilciliyinin yeni layihəsi start götürür.
“Röya kimi” adlı verilişin çəkilişləri Bakıda baş tutacaq.
Güven Barış Kalenderin aparıcılığında təqdim ediləcək 40 dəqiqəlik proqramda Azərbaycan ailəsinə aid mənzilin bir otağı fərqli dizaynda təmir edilib, dəyişdiriləcək. Evdəki təmir ev sahibinin fiziki köməyi ilə 3 gün ərzində təhvil veriləcək.
TRT Bakı Temsilcisi Emrah Timuçin Yazıcının sözlərinə görə, çəkiliş qrupu azərbaycanlı peşəkarlardan Gülnarə Bağırova və türkiyəli memar Güven Barış Kalenderdən ibarətdir.
Proqramın sonunda tamaşaçılara sual ünvanlanacaq. Doğru cavab verənlər Türkiyəyə tətilə göndəriləcək. Digər ikinci və üçüncü şəxsə isə hədiyyələr veriləcək.
Proqram “TRT AVAZ” telekanalında mart ayının ikinci həftəsi ekranlara gələcək.
gun.az