Martın 4-də xalq yazıçısı Anarın 75 illik yubileyi Qırğız Respublikasında qeyd olunacaq.
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən verilən məlumata görə, tədbir Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə "Azərbaycanın xalq yazıçısı Anarla görüş" adı altında keçiriləcək.
Səfirlikdən bildiriblər ki, görüşdə xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslimov və Fəxrəddin Dadaşov, müğənni Şahmar Tapdıqov, Qırğız Respublikasının xalq yazıçısı Mar Bayciyev, xalq artisti Roza Amanova, əməkdar mədəniyyət xadimi, şairə Svetlana Suslova, əməkdar artist Sadırbek Jumaşev, Qırğız Milli Akademik Opera və Balet Teatrının solistləri Baktıqul Bokoyeva və Stalbek Junuşaliyev iştirak edəcəklər.
APA