Qoç - ağır və çətin gün olsa da, müşküllərin
öhdəsindən gələcəksiniz. Nikbin olun, aktiv davranın. Günün ilk
yarısında emosional fon gərgin olduğundan daha çox çalışmalı
olacaqsınız. Yaxşı əhvalınızı qoruyun. Pozitiv emosiyalara ehtiyacınız
var.
Dəstək almaq istəyirsinizsə, yardım istədiyiniz insanla konkret danışın.
Günün
ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq.
Öz ideyalarınızı reallaşdırmaq əvəzinə başqalarının fikirlərindən
yararlana bilərsiniz. İdman, ağır fiziki əmək, sükan arxasında çox vaxt
keçirmək məsləhət deyil. Travma və xoşagəlməz hadisələr riski var.
Kosmetik vasitələrlə eksperimentlər aparmayın. Allergik reaksiyalar ola bilər.
Buğa
- gün uğursuz başlanacaq. Günün ilk yarısında problemlər bir-birini
əvəzləyəcək. Dincəlməyə, nəfəs dərməyə vaxtınız olmayacaq. Dostlar və
tanışlar sizə yardım etməyə hazırdırlar. Amma onların yardımları
gözlənilən effekti vermir. Çətin situasiya daha da ağırlaşır. Maliyyə və
daşınmaz əmlakla bağlı müstəqil qərar qəbul edin.
Günün
ikinci yarısında aktiv çalışın. Şər qarışana qədər evdə olmağa çalışın.
Kompüter və ya televizor arxasında çox vaxt keçirmək gərək deyil. Adi
günlərdən fərqli olaraq gözləriniz daha tez yorulacaq. Başağrıları da
istisna deyil. Sevdiyiniz şəxs axşam saatlarında sizi xoş xəbərlə
sevindirəcək.
Əkizlər - gün
narazılıq və narahatlıq vəd etməsə də, sürprizlər olacaq. Köhnə dostlar
və ya bir neçə il əvvəl işlədiyiniz insanlardan birindən qəfil xəbərlər
ala bilərsiniz. Çətin qərar qəbul edə bilərsiniz. Həmin qərarı dərhal
həyata keçirmək asan olmasa da, səyləriniz hədər getməyəcək. Nəticələr
sizi sevindirəcək.
Günün ikinci yarısında xoş tanışlıqlar ola
bilər. Lakin onlar ciddi münasibətlərin rəhni olmayacaq. Ani marağı və
ya rəğbəti ciddi hiss kimi qəbul etməyin. Situasiyanı dürüst
qiymətləndirmək üçün vaxta ehtiyacınız var. Durumu dəqiq
qiymətləndirsəniz, sonradan təəssüf hissi keçirməyəcəksiniz.
Xərçəng
- nüfuz və imicinizi qoruyun. Paxıllarla rəqiblər bu gün
dəridən-qabıqdan çıxacaq, sizə mane olmağa çalışacaqlar. İstənilən,
hətta ən kiçik səhvləriniz diqqəti sizə cəlb edəcək. Uğurlar və
nailiyyətlərinizi isə görməməyə çalışacaqlar.
Bilik və bacarıqlarınızı nümayiş etdirin, qələbələriniz barədə danışın. Lakin özünüzü həddən ziyadə tərifləməyin.
Günün
ikinci yarısında romantik təmaslarla bağlı dəvəti qəbul etməyə
tələsməyin. Sadəcə, nəzakət xətirinə harasa yollanmayın. İnsan sizin
xoşunuza gəlirsə, hər şey yaxşı olacaq. Əks təqdirdə problemlər
yaranacaq.
Şir - istənilən
qərarları müstəqil qəbul edin. Bu gün sizinlə manipulyasiya etmək
istəyən insanlar çox olduğundan onların hamısına sinə gərmək asan deyil.
Səfər və ya səyahət, ezamiyyət üçün yaxşı zamandır. Sifariş aldığınız
və ya çalışacağınız məkana yollananda yolda emosiyalarınızı səbatlı
edin. Şəraitin dəyişməsi kefinizi kökəldə bilər.
Uzaqda,
başqa şəhərdə yaşayan tanışlardan birindən günün ikinci yarısında xoş
xəbər ala bilərsiniz. Son zamanlar darıxdığınız insanla görüşəcəksiniz.
Yanlış qərarla pozulmuş romantik münasibətlərin bərpası üçün əlverişli zamandır.
Qız
- yeni imkanlar vəd edən gündür. Lakin həmin imkanlardan yararlanmaq
üçün qətiyyətli və cəsur olun. Yanınızdakı insanın sizi dəstəkləməsi
önəmli amildir. Bir-iki söz əhvalınızı yaxşılaşdıra bilər. Gəlirlər az,
hədiyyə kiçik və ucuz olacaq.
Günün ikinci yarısı fiziki əmək
və səylə çalışmaq üçün münasib zamandır. Axşam saatlarında nikbin,
parlaq görünməyə çalışın. Ünsiyyətə can atdığınız insanın marağını cəlb
edə bilərsiniz.
Tərəzi -
qarışıq və mürəkkəb gündür. Ciddi işlər planlaşdırmayın. Diqqətli olun,
dağınıq davranmayın. Mühüm detalları, önəmli xırdalıqları nəzərdən
qaçırmayın. Belədə ciddi səhv riski dəfələrlə artır. Yaxınlarınızla
ünsiyyətdə problemlərin yaranmamasına çalışın. Dəyər verdiyiniz
insanlarla təmaslarda sayıq, qayğıkeş və diqqətli olun.
Günün
ikinci yarısında mövqeyinizi qorumağa çalışarkən sərt və aqressiv
davranmayın, həmsöhbətinizin xətrinə dəyməyin. Əks təqdirdə başladığınız
söhbəti bitirməyə çalışacaqlar. Uzaq səfərlərə yollanmayın. İctimai
nəqliyyatdan az istifadə edin.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb
- günün maliyyə fonu uğurlu deyil. Nəzərdə tutduğunuz alış-verişdən və
bəzi planlardan imtina edin. Əks təqdirdə pul itirə bilərsiniz. Borc
almayın. Həmin borcu qaytarmaq düşündüyünüzdən də çətin olacaq. Dəvət
aldığınız, insanların gur olduğu yerlərə qatılmayın. Belə tədbir
əhvalınızı pozacaq, sizi yoracaq.
Günün ikinci yarısında
səyahət və ya səfər uğurlu alınacaq. İşgüzar səfərdə ehtiyatlı olun.
Yeni tanışlıqlar uğurlu ola bilər. İlk dəfə gördüyünüz insana inanmayın,
etibar etməyin.
Axşam saatlarında yaxşı təmaslar ola bilər.
Oxatan
- günün ilk yarısında təlaş və ya həyəcan yaşana bilər. Gün uğurlu
alınacaq. Ailə üzvləri ilə fikir ayrılıqları yaranacaq. Problemi dərhal
həll etməyə can atın. Yaxınlarınızla münasibətlərinizi sərinləşdirən və
çoxdan bəri həllini tələb edən müşkülü yeniləyin.
Günün
ikinci yarısı dünyagörüşünün artırılması, bilik və bacarıqların
zənginləşdirilməsi, intellektual fəaliyyət üçün əlverişlidir. Qərar və
addımlarınız dəqiq olsun, yanılmayın. Ciddi səhvlərə yol verməyin.
Oğlaq
- faydalı və məhsuldar çalışın. Uzun müddətdən bəri təxirə saldığınız
işləri başa vurun. Yaxın ətrafınızdakı insanlar sizin kimi intensiv
çalışmaq istəməyəcəklər. Onları dilə tutmaq heç bir fayda verməyəcək.
Təkbaşına, tənha çalışmağa hazırlaşın.
Tanışlar və
tərəfdaşlar sizi təəssüfləndirəcəklər. Onlar vədlərini unudur, planları
dəyişir, sözləşməni unudaraq öz maraqlarını hər şeydən üstün tuturlar.
Sevdiyiniz
insanla münasibətlərdə problemlər ola bilər. Düşünməyin ki, o insan
sizinlə maraqlanmır. Qısqanclığa heç bir səbəb yoxdur.
Dolça
- ideyalarınız pis deyil və yaxın ətrafınızdakı insanlar bunu etiraf
edirlər. Layihə və niyyətlərinizin əksəriyyətini indiyədək sizdə rəğbət
oyatmayan insanların hesabına reallaşdıra bilərsiniz. Yeni tanışlıqlar
ola bilər. Dostluq və ya romantik münasibətlərin başlanması istisna
deyil.
Çalışdığınız insanlarla dil tapın, onları anlamağa çalışın. Kəskin antipatiya hissləri yaratmayın.
Günün
ikinci yarısı bilik və bacarıqların əldə olunması, təcrübənin
zənginləşdirilməsi üçün əlverişlidir. Yaşlı və ya təcürəbli insanlarla
ünsiyyətdə fayda var.
İmiclə cəsarətli eksperimentlər aparmaq olar.
Balıqlar
- günün ilk yarısında münaqişələr və mübahisələr ola bilər.
Toqquşmalarla qarşıdurmaların suçlusu sizsiniz. Bunu anlayın, etiraf
edin. Vaxtınızı mübahisələrə sərf etməyin, güzəştə getməyi bacarın. Belə
olarsa, situasiya dəyişəcək, müsbət təmayüllərin təsiri artacaq.
Saatlar keçdikcə münasibətlərdəki harmoniya yerini alacaq. Sevdiyiniz
insan sizi xoş sürprizlə sevindirəcək.
Günün ikinci yarısında
maliyyə məsələləri ilə bağlı qərarlar qəbul etməyin. Pul xərcləməyə
tələsməyin. Maliyyə vəsaitinizin yetərli olduğunu düşünsəniz,
yanılanacaqsınız. Adi günlərdən fərqli olaraq kənar adamlar işlərinizə
daha çox qarışacaqlar. Onlar məsləhət verir, doğru yol göstərməyə
çalışırlar. Məsləhət istəmədiyiniz halda belə vəziyyət yaşanır.
Bildiyiniz kimi davranın, doğru hesab etdiyiniz yolla gedin.
Milli.Az