Bu ilin ilk altı ayı ərzində Gürcüstana gələn turistlərin sayı 45%
artıb. Gürcüstan bürosundan verilən məlumata görə, bu barədə baş nazir
Nika Gilauri açıqlama verib.
Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobalia isə qeyd
edib ki, birinci yarımildə Gürcüstana 1,2 mln. turist gəlib:
“Turistlərin 80%-i Acarıstandakı mehmanxanalarda yerləşdirilib. Bizim
ölkəyə dincəlmək üçün Türkiyə, Azərbaycan, Ermənistan, Ukrayna və
Rusiyadan turistlər gəlir. İrandan və İsraildən gələn turistlər üçün isə
birbaşa təyyarə reysləri təşkil edilib”.