Günün ulduz falı
22.2.2012

Qoç - Müvəffəqiyyətə ümid edə bilərsiniz. Bu gün çeviklik və güclü fantaziyaya ehtiyacınız olacaq. Bədxahlarınızın qurduqları tələlərdən yan keçə, həmçinin rəqiblərinizin yolunda maneələr qura biləcəksiniz. Belə fəaliyyət əsəblərinizi tarıma çəkəcək və günün ortasında güclü yorğunluq hiss edəcəksiniz.
Həm sizin haqqınızda yayılan, həm də özünüzün əldə etdiyiniz yoxlanılmamış məlumat çox təhlükəlidir. Qiybət etməyin, şayiələrə də qulaq asmayın, özünüz də yersiz söz-söhbətlər üçün əsas verməyin.

Buğa - Sevdiyiniz şəxslə münasibətləriniz hamar deyil. Aşiq Buğaları çətin, gərgin və yorucu gün gözləyir. Tənhalar isə şəxsi həyatlarında gözəl dəyişikliklərə ümid edə bilərlər: yeni tanışlıqlar mümkündür. Ailə işlərinə vaxt ayırmaqla yaxınlarınızı sevindirəcəksiniz.
İşdə yaxşı perspektivlər var. Uzunmüddətli plan qura və onların reallaşdırılmasında sizə köməyi dəyə biləcək adamlar tapa bilərsiniz. Həmfikirlərinizi çox axtarmalı olmayacaqsınız. Enerjiniz çoxdur.

Əkizlər - İstəklərinizlə ehtiyaclarınız arasında qalmısınız. Təəssüf ki, bunların ikisini də birlikdə təmin etmək imkanınız yoxdur. Məsuliyyət hissi çox güclüdür və müəyyən bir vaxtda o, mənfi emosiyalarınızı dəf etməkdə sizə kömək olacaq. Amma axşama doğru əsəblərinizi cilovlamaq çətinləşəcək. Günün bu vaxtı münaqişə etmək ehtimalınız var.
Qəfil dəvətlər, əyləncə məclislərində iştirakınız da mümkündür. Çox yubanmayın, bu gün erkəndən yatsanız, daha yaxşı olar.

Xərçəng - Ailənizdə xoş hadisələr baş verir. Uzaq qohumlarınızla bağlı yaxşı xəbərlər ala bilərsiniz. Valideyn Xərçənglər isə bir qədər narahatlıq keçirəcəklər: onların övladlarının qəfil çətinlikləri yaranacaq. Sülhpərvər olun və uşaqlarınıza etibar edin: onlar özləri bəzi problemlərinin öhdəsindən gəlməyə qadirdirlər.
Bir az özünüzü nazlandıra bilərsiniz. Çoxdankı bir arzunuz yerinə yetə bilər. Tanımadığınız, yaxud az tanıdığınız insanlarla isə ehtiyatlı olun: artıq nəsə deyib, başınızı dərdə sala bilərsiniz.

Şir - Əgər rəhbərliklə mübahisə etməyi bir kənara qoysanız, işlərinizdə xeyli irəliləyər və öz peşəkar mövqeyinizi möhkəmlədərsiniz. Diskussiyaya qoşulmaq həvəsi çox güclüdür, axı haqlı olduğunuza inanır və şübhə etmirsiniz ki, sizin məsləhətlərinizi dinləyirlər. Ancaq özünüzə gəlin: şərait heç də sizin düşündüyünüz kimi deyil.
Evdə isə istənilən mövzuda söhbət apara bilərsiniz: yaxınlarınız sizi yaxşı anlayır və fikirlərinizlə razı olmasalar belə, həvəslə dinləyirlər. Axşamı romantik söhbətlərə həsr edin: gözəl sözlər eşitmək üçün özünüzə şans verin.

Qız - Parlaq gün deyil, nə qələbələr gözlənilir, nə də narahatlıq. Başınızı aşağı salıb əvvəlcədən başladığınız işləri davam etdirin - onları bitirmək imkanınız var. Danışıqlarda ehtiyatlısınız, bəzi partnyorlarınız bunu qəribə hesab edəcək və sizə təzyiq göstərməyə çalışacaqlar. Müqavimət göstərin, güzəştə getməyin yeri yoxdur.
Yaxınlarınızla ünsiyyət sizə sevinc bəxş edəcək. Demək olmaz ki, sizi sözsüz başa düşürlər, amma onlarla birgə keçirəcəyiniz vaxt faydalı, xoş və səmərəli olacaq.

Tərəzi - Maliyyə işlərinizi qaydaya sala bilsəydiniz, pis olmazdı: onun vəziyyəti düşündüyünüzdən daha pisdir. Qalan işlərdə isə gününüz əla keçəcək. Həm yeni işə başlaya, həm də əvvəl başladığınızı davam etdirə bilərsiniz. Nəzakətliliyiniz həm şəxsi, həm də işgüzar həyatınızda irəliləmənizə səbəb olur. Münaqişələr gözlənilmir, bütün çətin situasiyaları sülhlə yoluna qoya biləcəksiniz.
Uzunmüddətli planlaşdırma, yeni məqsədlərin təyin edilməsi üçün yaxşı gündür. Bir çox Tərəzilər ailə həyatı üçün artıq «yetişdiklərini» hiss edəcək və müvafiq qərarlar qəbul edəcəklər.

Əqrəb - Uğur qazanmaq üçün qeyri-adi hərəkətlər etməli olacaqsınız. Ancaq burada söhbət ekstravaqantlıqdan deyil, yeganə düzgün qərardan gedir ki, o da özlüyündə çox orijinal olacaq. Bu səbəbdən hərəkətləriniz ətrafdakıların təəccübünə deyil, təqdirinə və heyranlığına səbəb olacaq.
Yeni münasibətlərin başlanması üçün münasib gündür: insanların rəğbətini qazanmaq sizə asandır, onlar haqqında düzgün mülahizələr yürüdürsünüz. İntuisiyanız saat kimi işləyir və həm şəxsi, həm də işgüzar maneələri dəf etməyə yardım edir.

Oxatan - Özünüzü göstərmək şansınız var. Nə qədər orijinal və təkrarolunmazsınızsa, bir elə yaxşıdır. İstedadlarınızı gizlətməyin. Yeni işlərdən qorxmayın, onlar nə qədər çətin olsalar da, hamısının öhdəsindən gələcəksiniz.
Qarşı cinsin nümayəndələri bu gün sizə qarşı çox diqqətlidirlər. Və əgər özünüzü onlara qarşı bir qədər soyuq aparmasanız, daimi partnyorunuzun ciddi qısqanclığı ilə qarşılaşacaqsınız. Özünə yar axtaran Oxatanlar isə təşəbbüs göstərə bilərlər, bu onlara uğur gətirəcək.

Oğlaq - Əgər məqsədləriniz böyük, planlarınız genişdirsə, hərəkətə keçin, irəliyə doğru iri sıçrayış etmək məqamıdır! Xırda problemlərə diqqət yetirməyə bilərsiniz: ya öz-özünə həll olunacaq, ya da sizin boş vaxtınızı gözləyəcəklər. Qeyri-adi üsullar daha səmərəli olacaq.
Ətrafınızdakıları tez-tez təəccübləndirirsiniz, çünki onların gücü çatmayan işlərdə müvəffəqiyyət qazanırsınız. Gün yeni tanışlıqlar üçün münasibdir. Qarşı cinsin nümayəndələrində özünüzə qarşı güclü maraq oyadırsınız.

Dolça - İşləriniz çox olacaq və bunların hər biri nəinki diqqət və ciddi münasibət, həmçinin çeviklik, risk etməyə ürək tələb edəcək. Günün bir çox başlanğıcları uğurlu olacaq, amma elə bilməyin ki, müvəffəqiyyət qazanmaq asandır. Xoşbəxtlikdən, günün ortasında artıq necə hərəkət etmək lazım gəldiyini yaxşı anlayacaq və səhvlərdən qaça biləcəksiniz.
Dostlarınızla ünsiyyətiniz əla, yaxınlarınızla isə gərgin keçəcək. Başqa şəhərlərdə yaşayan tanışlarınız xoşagəlməz sürprizlərlə əhvalınızı korlaya bilərlər.

Balıqlar - Ətrafınızda baş verənlərə görə məsuliyyəti boynunuza götürməyə tələsməyin: bunlar nə sizin hərəkətlərinizlə bağlıdır, nə də sizin səhvlərinizin nəticəsidir. Odur ki, keçmişi analiz edərək səhvlərinizə görə təəssüflənməyi bir kənara buraxın, gündəlik həyata köklənin və o zaman anlayacaqsınız ki, çoxdankı arzunuzu gerçəkləşdirmək üçün sizə nə çatmır.
Axşama doğru səhhətiniz pisləşə bilər. Günü elə planlaşdırın ki, istirahətə vaxtınız qalsın. Əyləncə məkanlarına baş çəkməsəniz, daha yaxşı olar.

                                                                                                                                  Milli.Az