Martın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi rus bəstəkarı Pyort Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaqdır.
Teatrın mətbuat xidmətindən bildirmişlər ki, tamaşaçıların çox sevdiyi bu balet repertuara Beynəlxalq Qadınlar Günü münasibəti ilə daxil edilmişdir. Tamaşada əsas rolları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın əməkdar artistləri Olqa Qolitsa (Odetta-Odilliya) və Sergey Sidorski (Şahzadə Ziqfrid) oynayacaqlar.
Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
AzərTAc