Martın 9-da Odessa vilayət filarmoniyasının Böyük salonunda Ukraynanın görkəmli şairi və mütəfəkkiri Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilmiş konsert olacaqdır.
Konsertdə istedadlı həmvətənimiz, A.V.Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının fortepiano sinfinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Mehriban Süleymanova iştirak edəcəkdir.
AzərTAc