Bakıda “Tələbə xəritəsi” layihəsinin təqdimat mərasimi keçirilib.
Layihə Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının (ADU TGT ) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati (ATGTİ) və Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
“Tələbə xəritəsi” layihəsi tələbələrə Bakı ilə yaxından tanış olmağa imkan verir. Bu kitabçalardan hazırda 500 ədəd çap olunub.
Xəritənin çap olunmasında məqsəd xarici ölkələrdən, bölgələrdən, eləcə də Bakıda yaşayan tələbələrə Bakı şəhərində yerləşən universitetlərin, kolleclərin, kitabxanaların, gənclərlə işləyən dövlət qurumlarının, gənclər təşkilatlarının, tələbə kafe və restoranlarının, əyləncə mərkəzlərinin və s. yerlərlə tanış olmaqlarına kömək etməkdir.
Xəritədə yuxarıda adları qeyd olunan yerlər, onlar haqqında qısa məlumat və həmin məntəqələrə getmək üçün lazım olan ictimai nəqliyyatın sxemi dərc olunub.
Kitabçaları əldə etmək istəyənlər ADU TGT-yə müraciət edə bilərlər.
gun.az