Qoç - Rəvan və xoş gündür. Aramla çalışın,
hadisələrə süni təkan verərək olayları məcradan çıxarmayın. Harasa
gecikməkdən, nəyisə edə bilməməkdən çəkinməyin.
Bir sıra xoş işlər təsadüfən baş verəcək. Yaşananları vaxtında sezin və diqqətli olun.
Maraqlı görüşlər ola bilər. Onlardan biri həyatınıza ciddi təsir edəcək.
Dəvət aldığnız tədbirə və ya məclisə qatılın.
Uzaqdan gəlmiş insanlarla təmaslar üçün pis gün deyil.
Buğa
- Gün qarşınızda yeni və maraqlı imkanlar yaradır. Həmin imkanlardan
yararlanmağa çalışın. Bunun üçün qətiyyətli və iradəli olmalısınız. Yeni
işə və ya layihəyə başlamaq olar. Uğur sizin olacaq. Yaradıcılıq
potensialının səviyyəsi yüksək olduğundan yaxşı ideyalar yaranır.
Maliyyə
fonu əlverişlidir. Günün ikinci yarısında alış-veriş etmək olar. Yaşam
potensialı səviyyəsi normaldır. Səhiyyə ilə bağlı problemlər
yaranmayacaq.
Axşam saatları gəzinti, dostlarla görüş, romantik təmaslar üçün əlverişlidir.
Əkizlər
- İstənilən formada yaradıcılıq fəaliyyəti, yeni layihə və ya işə
başlamaq üçün əlverişli zamandır. Nikbin olun, aktiv çalışın. Heç bir
real səbəb olmasa da, sevdiklərinizə sayğı bəsləyin. Qəmli olanın
könlünü alın, ümidini itirmiş insanı ruhlandırın.
Başqalarının
işləri ilə o qədər çox məşğul olursunuz ki, öz problemlərinizi həll
etməyə nə vaxtınız, nə də qüvvəniz qalır. Narahat olmayın, sevdiyiniz
insanların sevincini öz səadətiniz bilin.
Xərçəng
- Günün axarı yaxın ətrafınızdakı insanlarla bağlı tutduğunuz
mövqeyinizdən asılıdır. Eqoizm və təşəxxüs yolverilməzdir. Ünsiyyətdə
təkəbbürlü olmayın, ətrafınızdakı insanlara yuxarıdan aşağı baxmayın,
başqalarının problemlərini birmənalı şəkildə rədd etməyin. Taleyin sizi
görüşdürəcəyi insanlardan biri yaşamınızda mühüm rol oynaya bilər.
Ünsiyyətdə olduğunuz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa
çalışın.
Kimsənin ehtiyac duymadığı təqdirdə fikrinizi bərkdən bəyan etməyin. Sərt danışaraq münaqişəni qaçılmaz etməyin.
İşdə rəşbərlik və nüfuzlu insanlarla qarşıdurma riski böyük olduğundan məntiqli, soyuqqanlı davranın.
Şir -
Səhər saatlarından etibarıən aktiv və nikbin olun. Gün pozitiv
emosiyalar vəd edir. Çətinliklər qarşısında geri çəkilməyin, pozitiv
olun. Bədbin fikirlər sizi çulğamasın. Xəyallarınızı gerçək saymayın.
Yaşanan kiçik sevinclərdən ruhlanmağa güc tapın.
Sevdiyiniz insanla təmaslarda həssas olun.
Yaxşı
tanımadığınız, bələd olmadığınız, amma romantik məkanlarda dolaşmaq
üçün pis vaxt deyil. Axşam saatları maraqlı tanışlıq vəd edir.
Qız -
Maliyyə çətinlikləri ola bilər. Onlar ilk əvvəl kiçik olsalar da,
sonradan ciddiləşə bilərlər. Bu və digər xərcin sizə nə qədər gərəkli
olduğunu düşünmədən məsrəflərə yol verməyin. Uzun müddətdən bəri işgüzar
münasibətlərinizin olduğu insanlardan biri ilə təmaslarda problemlər
yarana bilər.
Yaxınlarınız və ailə üzvləriniz sizi həmişə
anlamırlar. Onlar narazılıqlarını bəzən çox sərt formada izhar edirlər.
Güzəştlərə və kompromislərə hazır olduğunuzu göstərin. Bu,
ünsiyyətlərdəki kəskin məqamları yumşaltmağa imkan verəcək.
Axşam saatlarında aktiv istirahəti seçin, gəzintiyə çıxın.
Tərəzi
- Bu gün formalaşacaq işlərin öhdəsindən gəlin. İstənilən çətinlikdə
işin öhdəsindən gələ bilərsiniz. Uğursuzluqdan qorxmayaraq müşkül
problemlərin həllinə başlayın. İdeyalarınız pis deyil və ətrafınızdakı
insanlar da onları bəyənəcəklər. Yeni investor, nüfuzlu himayədar tapmaq
şansları var.
Qeyri-formal şəraitdə ünsiyyət üçün pis gün
deyil. İndiyədək sırf işgüzar məcrada inkişaf edən münasibətlər romantik
təmaslara və ya dostluğa çevrilə bilər.
Sənədlərlə çalışmaq hesabladığınızdan artıq vaxt apara bilər.
Əqrəb -
Yaxın ətrafınızdakı insanların həll edə bilmədiyi problemləri
çətinliklə də olsa, çözə biləcəksiniz. Karyera müstəvisində irəliləmək,
qarşınızda yeni üfüqlər açacaq işgüzar təklif almaq şanslarınız var.
Uğurlarınız diqqətsiz qalmayacaq. Paxıllar fəallaşır.
Yaşamın
bir çox sahələrində təşəbbüs üçün yaxşı gündür. İdeyalarınızı cəsarətlə
müzakirəyə çıxarın. Fikir və mövqelərinə dəyər verdiyiniz insanlarla
söhbətlərdə gələcəklə bağlı planları təhlil etmək olar.
Sevdiyiniz insanla münasibətlərdə yeni mərhələyə başlayın.
Axşam saatlarında normal istirahət edin.
Oxatan
- Yaradıcı yanaşma və yüksək zövq tələb edən işlər üçün əlverişli
gündür. Tam fəaliyyət müstəqilliyinə nail olsanız, işlərinizin nəticəsi
əla alınacaq. Başqalarının fikir və məsləhətlərinin yerinə öz
intuisiyanıza daha çox güvənin.
Şəxsi problemlərinizin
həllində praqmat olun. Hissiyatınız "korş" qalmasın. Çoxdan bəri davam
edən ixtilaflara son qoymaqla yanaşı, yeni problemlərin yaranmasının
qarşısını ala bilərsiniz. Bir şərtlə ki, özünüzlə və yaxın bildiyiniz
insanla tam səmimi olasınız.
Oğlaq
- Peşə fəaliyyəti sahəsində irəliləyiş və uğurlara nail ola bilərsiniz.
Mürəkkəb, sizi yetərincə usandırmış layihədə uğur qazanaraq yaxşı
nəticəyə nail olacaqsınız. Yeni işlərə və ya layihələrə başlamaq olar.
Maraqlı insanla görüş baş tutacaq. O insanda sizə rəğbət oyanacaq.
Yaxınlarınızla
müəyyən fikir ayrılıqlarına rəğmən soyuqqanlı və təmkinli olun. Belə
davranış sayəsində kompromis həll variantını tapa bilərsiniz. Yola
çıxmaq olar. Səfər uğurlu alınacaq.
Köhnə dostlardan birindən qiymətli hədiyyə, xoş sürpriz ala bilərsiniz.
Dolça
- Gün rəvan deyil və emosional fon da stabilliyi ilə fərqlənmir. Bu
səbəbdən adi günlərdən fərqli olaraq əhvalınız daha tez-tez dəyişəcək.
Ruh yüksəkliyi və nikbinlik zamanları tam pərişanlıq, çaşqınlıq dövrləri
ilə əvəzlənə bilər. Narahat olmayın. Yanınızdakı insanlardan biri sizə
mənəvi dəstək verməklə yanaşı, praktiki yardımlar da edəcək.
Nəzərdə
tutulmamış səfər və ya səyahət ola bilər. Maraqlı görüş, yeni tanışlıq
istisna deyil. Uzunmüddətli perspektivə hesablanmış planlar qurmayın.
Yeni məlumat nəticəsində həmin planlara dəyişikliklər etməli
olacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar -
Peşəkar fəaliyyət müstəvisində qarşınızda çox yaxşı perspektivlər
yaranıb. Sizə və tərəfdaşınıza faydalı olacaq yeni əməkdaşlığa başlaya
bilərsiniz. İşgüzar münasibətlər yetərincə dinamik inkişaf edir. Yeni
müttəfiqə inana bilərsiniz. İllüziyalar aləminə qapılmayın. Praqmatik
olun, praktik işlər görün.
Elektrik alətləri və alovla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil. Günün emosional fonu əlverişlidir.
Axşam saatlarında əhvalınız yaxşı olmaqla yanaşı, yaxınlarınızı sevindirə bilərsiniz.
Milli.Az