Azərbaycanda zəlzələ olub
4.3.2014

Qəbələ rayonunda zəlzələ olub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ martın 4-də saat 08:16-da Qəbələdən 11 km şimal-şərqdə qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub.
Tikililərdə dağıntı yoxdur.
Qeyd edək ki, Qəbələ ərazisində dünən də yeraltı təkan qeydə alınıb.

APA