Türkiyənin özəl telekanallarından birində nümayiş olunan mahnı yarışmasının azərbaycanlı iştirakçısı növbəti müsabiqəyə keçdi.
Gülnar İdrisova ifa etdiyi “Ayrılıq” mahnısı ilə yüksək performans nümayiş etdirib.
Kanal “D”-də “X Factor: Star İşığı” müsabiqəsində 12 rəqibə qarşı mübarizə aparan Gülnar İdrisova proqramın formatına uyğun olaraq 6 kreslodan birində oturmaq hüququ qazanıb.
G. İdrisovanın ifası münsiflər heyətinin 4 üzvü – Armağan Çağlayan, Ziynət Sali, ƏmrəAydın və Ömər Qaracan tərəfindən də bəyənilib. Azərbaycanlı müğənninin ifası auditoriya tərəfindən də uzun müdət alqışlanıb.
Video
publika.az