Əziz caz həvəskarları, Bakı Caz Mərkəzi həmişə Sizin üçün məşhur və hər
kəs tərəfindən sevilən caz musiqiçilərinin konsertlərini təşkil etməyə
çalışır. Həmçinin digər ölkələrin də istedadlı caz ifaçılarını
dinləməyiniz üçün də çalışırıq. Rusiya caz cəmiyyətinin ən
müvəffəqiyyətli və aparıcı barabançılarından biri Aleksandr Maşini qonaq
adlandırmaq olmaz. O, artıq uzun illərdir ki, bizim musiqiçilərimizlə
birgə ifa edir və Bakı caz festivallarının iştirakçılarındandır.
Yaz caz konsertlərimizi məhz Aleksandr Maşinin və istedadlı, Rusiyadan
kənarda da məşhur olan Yuliyana Roqaçevanın iştirakı ilə başlamaq
qərarına gəldik.
Yuliyana Roqaçeva İtalyada ("İtalyan magiyası"), Türkiyədə ("21-ci əsrin
səsləri"), Maltada ("Caz Karnavalı") və Bolqariyada ("Milyon möcüzə")
keçirilən Qran-Pri beynəlxalq müsabiqələri laureatı və qalibidir.
Yuliana iki dəfə Amerikada Stenford Universitetində «Jazz Workshop at
Stanford University in California» (2004, 2005) təcrübə keçmək üçün
qrantlar almışdır. 2005-ci ildə o, Kaliforniyaya "San Jose Jazz
Festival"a solo proqramla dəvət edilmişdir. O, prestijli Montreux Jazz
Festivalın qalibidir.
Həmçinin konsertdə sevimli caz musiqiçilərimiz iştirak edəcək:
Azərbaycan Respublikasının əməkdar artisti Ruslan Hüseynov və Beynəlxalq
caz festivalları iştirakçısı Elçin Şirinov.
Baku Jazz Center