İtaliyada hər il olduğu kimi portağal döyüşü keçirilib.
Bu ənənənin tarixi iki əsr bundan əvvələ təsadüf edir.
Portağal karnavalı İvrea şəhərinin hər tərəfi narıncı məhsula büründüyü zaman keçirilir və burada ən real döyüş səhnələri baş verir.
Belə ki, orta əsr geyimində və dəbilqəsində olan kişilər qarşı tərəfə hücuma keçirlər. Bu il bayram şənliyinə təqribən 50 min nəfər qatılıb. KİV-in məlumatına görə, döyüş qurbansız ötüşməyib və 150-yə yaxın şəxs xəsarət alıb. Bunlar əsasən, yıxılanlar və portağal zədəsi alanlardır.
Portağal döyüşlərinin tarixi kasıblarla varlıların döyüşləri zamanına gedib çıxır. Yoxsullar üsyan zamanı öz dolanışıqlarından şikayətlənərək varlılara portağal atıblar. Lakin ənənənin başqa tarixi də var. Qızlar gənc oğlanların diqqətini cəlb etmək üçün eyvanlarından aşağı portağal tullayıblar.
Mübarizə üç gün davam edir və əl sıxmaq ilə başa çatır.
Döyüşlər zamanı İvrea şəhərinə o qədər portağal gətirilir ki, heç il ərzində İtaliyada o qədər portağal yeyilmir. Lakin heç kim ziyanı nəzərə almır, burada əsas məqsəd çoxillik ənənəni qoruyub saxlamaqdır.
Gün.Az