Üzük qadınların ən sevdiyi, geyimi
tamamlayan aksessuarlardan biridir. İdman, klassik və başqa tərzə uyğun
olan üzüklər var. Üzüyü hansı barmağa taxdığınız isə xarakteriniz
haqqında müəyyən məlumatlar verə bilir.
Baş barmağınıza taxırsınızsa - Müstəqil
şəxsiyyətsiniz, azadlığınızı heç nəyə dəyişməzsiniz. Həyatınıza daxil
olan insanların da bunu hörmətlə qarşılamasını istəyirsiniz. Sizə mane
olmaq istəyən adamlardan heç nəyə baxmayaraq, uzaqlaşırsınız.
Üzüyü işarət barmağına taxırsınızsa – Güclü və avtoritar olub həm iş, həm də şəxsi həyatda şansınız boL olacaq.
Üzüyü orta barmağa taxırsınızsa – Etibarlı
insansınız. Dostlar arasında sirr saxlamağı bacaran insan kimi
tanınırsınız. Flirt etməyi xoşlamırsız, daha sağlam və möhkəm münasibət
qurursunuzz.
Üzüyü adsız barmağa taxırsınızsa – Səliqəli və
məsuliyyətli insansınız. Dağınıqlığa və səliqsizliyə tab gətirə
bilmədiyiniz üçün hərdən özünüzdən çıxa və aqressiv ola bilərsiniz.
Üzüyü şeçələ barmağınıza taxırsınızsa – Diqqət
çəkməyi xoşlayırsınız, həm də çox çəkicisiniz. Üzüyü bu barmağa taxanda
özünüzə inam və güvən artır. Olduğunuz hər məkanda diqqət mərkəzində
olmağınızın əsas səbəbi özünüzə olan inamın gətirdiyi çəkicilikdir.
Publika.Az