Qoç - Yetərincə ağır, mürəkkəb bir gündür.
Səbirsiz və kəmhövsələ olmayın. Planlarınızı həyata keçirmək üçün
əlverişli zamanı gözləyin. Soyuqqanlı olun, təmkinlə davranın. Yaramaz
insana sizi təbdən çıxarmağa imkan verməyin.
İşgüzar
danışıqlar üçün əlverişli gün deyil. Həddən artıq emosional olsanız,
diskussiyanı konstruktiv məcrada apara bilməyəcəksiniz.
Müstəqil fəaliyyət və təkbaşına iş üçün yaxşı gündür.
Maliyyə
problemləri yarana bilər. Amma yaxınlarınız dadınıza çatacaq. Yolda,
sükan arxasında ehtiyatlı olun. Xoşagəlməz, pis hadisə riski var.
Buğa -
Problemlərin hamısını birdən həll etməyə çalışmayın. Strateji
məsələləri və problemləri çözmək üçün əlverişli zamandır. İntellektual
və yaşam potensiallarınızın səviyyələri yüksəkdir. Üstəlik, kimin nəyə
qadir olduğunu dərhal anlayın. İşdə kiçik problemlərə aldanaraq ciddi
müşküllərin həllini təxirə salmayın. Karyera müstəvisində irəliləmək və
gəlirləri əhəmiyyətli dərəcədə artırmaq şansları yaranır.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Görüş xoş təəssürat yaradacaq.
Əkizlər -
Önəmli, ciddi və əhəmiyyətli işə başlamayın. Bunun əvəzində əvvəllər
başladığınız işləri başa vurun. Çalışdığınız yerdə qayda yaradın. Fikir
və planlarda konkretliyə nail olun. Boş söhbətlər və sarsaq təkliflərə
şirnikməyin. Yaxın ətrafınızdakı insanların davranışı, qəribə sualları
fikrinizi yayındıra bilər. Başqasının problemlərinin həllinə aludə
olmayın. Əks halda qıcıqlanacaq, stress vəziyyətinə düşəcəksiniz. Mənfi
emosiyaların təsiri altına düşməyin, münaqişələrin yaranmasının
qarşısını alın.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Zökəm istisna deyil. Özünüzü ifrat dərəcədə yormayın.
Xərçəng
- Uğurlu və münasib gündür. Başladığınız işləri bitirin.
Bədxahlarınızdan biri aktivliyinizi və səylərinizi dəyərləndirərək
mövqeyini dəyişə bilər. Yeni müttəfiqlərə inanmağa tələsməyin. Köhnə
dostlara yardım üçün müraciət edə bilərsiniz. Belə taktika uğurun
rəhnidir.
Dəvət aldığınız toplantı, məclis, ziyafət, seminar
və ya konfransa mütləq qatılın. Romantik görüş yaxşı keçəcək. Asudə
vaxtınızı bilik, informasiya və təcrübənin əldə olunmasına sərf edin.
Qazanacağınız vərdişlər karınıza gələcək.
Şir -
Gün qarşınıza çətin məsələlər qoyur. Onların öhdəsindən gəlməyə can
atın. İşgüzar tərəfdaşlarla dil tapmaq, planların reallaşmasına mane ola
biləcək maneələri dəf etmək çətin deyil. İşdə rəhbərliklə mübahisə
etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. İşgüzar səfər və ya
ezamiyyət yaxşı alınacaq.
Şəxsi münasibətlərdə təşəbbüs
zamanıdır. Qətiyyətli və inadkar davranış hesabına çoxdankı
arzularınızdan birini reallaşdıra bilərsiniz.
Gəlirlər olacaq. Alış-verişdə bədxərclik etməyin.
Qız
- Darıxdırıcı və usandırıcı işlərin öhdəsindən belə, əzmlə gəlməyə
çalışın. Köhnə dostlar, etibar etdiyiniz insanlar, müttəfiqlər sizə
yardım edəcəklər. Onlar ən ağır, usandırıcı, darıxdırıcı işi görməyə
hazırdır. Hesabatlar və biznes-planların hazırlanması, rəqiblərin
kommersiya fəaliyyətinin araşdırılması üçün əlverişli zamandır. Bu
minvalla dürüst strategiyaya nail ola bilərsiniz.
Günün
ikinci yarısında qəfil, qiymətli hədiyyə ala bilərsiniz. Nəzərdə
tutulmamış səfər, qəfil, amma çox cazibədar təklif istisna deyil.
Maraqlı tanışlıqlar ola bilər.
Tərəzi
- Genişmiqyaslı anlaşmalar, yeni kommersiya layihəsini reallaşdırmaq
üçün əlverişli zamandır. İşgüzar hissiyatınız qüsursuzdur. Hansı işin
perspektivsiz, hansı işin isə mənasız olduğunu müəyyənləşdirin.
Tərəfdaşlarla danışıqlar uğurla keçəcək. Fəqət, gərəkli nəticə tezliklə
əldə olunmayacaq. Qətiyyətli və iradəli olun, mövqelərinizdən geri
çəkilməyin. Bir qədər sonra sərfəli şərtlərə nail olacaqsınız.
Günün
ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Şəraitin dəyişməsi
uğurlu, təəssüratlar isə yaxşı olacaq. Yeni tanışlıq və təmaslar
istisna deyil.
Əqrəb -
Soyuqqanlı və təmkinli davranaraq hər xırda işə görə sinirlənməsəniz,
gün uğurlu keçəcək. Vaxtınızı boş söhbətlərə sərf etməyin. Bu gün
sizinlə ünsiyyətdə olmaq istəyənlərin sayı yetərincədir. Fəqət belə
söhbətlərdə faydalı az şey eşidəcəksiniz.
Yeni informasiya, bilik və məlumatların əldə olunması, sənədlərin öyrənilməsi, təcrübənin əxz edilməsi üçün sərfəli gündür.
Günün
rejimini bəlirləyin. İstirahət azlığı və yuxusuzluq səhhətinizə mənfi
təsir edə bilər. Məişət problemləri yarana bilər. Həmin problemləri
müstəqil həll etməyə çalışmayın. Yardım üçün yaxınlarınıza müraciət
edin.
Oxatan - Yeni və mühüm
işə başlamaq üçün düşərli zamandır. Problemin həllinin ən effektiv
variantını tapmaq, effektiv fəaliyyət planı hazırlamaq mümkündür.
İntuisiyanıza güvənin. Onun siqnalları dəqiq və məntiqlidir.
Yeniliklərlə maraqlanın, dünyagörüşünüzü artırın. Hadisələrə və
nəsnələrə qeyri-standart baxışları ilə fərqlənən ağıllı, bilikli
insanlarla tərəfdaş olmağa çalışın.
Sizə əziz olan şəxsdən
günün ikinci yarısında önəmli xəbərlər alacaqsınız. Köhnə düşmənlər də
özlərini xatırladacaqlar. Lakin onlar sizə ciddi maneələr yarada
bilməyəcəklər. Romantik münasibətlərə başlamaq üçün əlverişli zamandır.
Oğlaq
- Peşə fəaliyyətinizlə bağlı məsələlərin öhdəsindən sürətlə, vaxtında
gəlməyə çalışın. Problemlərin həllini uzatmayın. Ciddi işgüzar
məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Hüquqi məsələləri həll
etmək olar. Küsənləri barışdırın, uzunmüddətli və məhsuldar əməkdaşlığı
mümkün edəcək kompromissi tapın.
Günün ikinci yarısında
sənədlərlə işləmək məsləhət deyil. Səhv və yanlışlıq riski çox
yüksəkdir. Üstəlik, adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız.
Səfər və ya səyahət uğurlu alınacaq. Yolda maraqlı tanışlıqlar istisna
deyil.
Dolça - Gün yetərincə
gərgin ola bilər. Davranış modelini düzgün seçin, münaqişə və ya ciddi
ixtilaflara səbəb olmayın. Anlaşma, sövdələşmə, genişmiqyaslı layihəyə
başlamaq üçün əlverişli gün deyil. İşgüzar danışıqlar o qədər də
məhsuldar deyil. Fəqət tərəfdaşlarda özünüzlə bağlı xoş rəy yarada
biləcəksiniz. Sizi maraqlandıran məsələlərin müzakirəsinə bir qədər
sonra qayıda bilərsiniz.
Ailədə mübahisə istisna deyil. Belə konfliktə istənilən formada xırdalıq və ya ani məqam səbəb ola bilər. Nikbin, gülərüz olun.
Balıqlar
- İstənilən görüş, işgüzar və şəxsi məsələlərin müzakirəsi üçün
əlverişli zamandır. Yeni məlumat asanlıqla əxz olunur. Başqasının
təcrübəsindən yararlana bilərsiniz. Yaranmış situasiya ilə bağlı dolğun
məlumata malik insanlara yardım üçün müraciət etməkdən çəkinməyin. Mühüm
görüş planlaşdırıbsınızsa, xarici görünüşünüzə xüsusi fikir verin.
Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Ailəvi tədbirlər pis keçməyəcək.
Yaxınlarınızla mümkün qədər çox vaxt keçirin.
Milli.Az