"Mademuazel" kəlməsi rəsmi fransız dilindən çıxarılır
22.2.2012

Fransa hökumətinin dünən qəbul etdiyi qərara görə, nazirlik və prefektura işçiləri subay xanıma ünvanlanmış "mademuazel" kəlməsindən istifadə etməməlidirlər.
Bu kəlmə ingilis dilində "miss", alman dilində "froylayn" sözlərinə uyğundur.
"Mademuazel" kəlməsinin yerinə bundan sonra universal və neytral "madam" sözü işlədiləcək.
Fransa hökuməti bu qərarı ölkədəki feminist təşkilatlarının təzyiqlərindən sonra qəbul edib.