Hər il olduğu kimi, bu il də Beynəlxalq Qadınlar Günü İçərişəhərdə xüsusi təmtəraqla qeyd olunacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, martın 8-də idarə tərəfindən “Hər xanım – bir gül” adlı aksiya keçiriləcək.
2011-ci ildən həyata keçirilən və artıq ənənə halını almış bu aksiyanın əsas məqsədi həmin gün İçərişəhərin qonağı olan hər bir xanımın bayram sevincini artırmaqdır.
Həmin gün Qoşa qala qapısından İçərişəhərə daxil olan hər qadına skripkaçının müşayiəti ilə 2 pantomima aktyoru tərəfindən qızılgül təqdim ediləcək.
ANS PRESS