Azərbaycanda “Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb
23.2.2012

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi “Turizm haqqında” yeni qanun layihəsi hazırlayıb. Bu barədə nazir müavini Nazim Səmədov bildirib.
Onun sözlərinə görə, hazırda layihə nazirliyin saytında yerləşdirilib: “Bu sahədə fəaliyyət göstərən təşkilatlar mart ayının əvvəlinə kimi öz rəy və təkliflərini irəli sürə bilərlər”.
N.Səmədov qeyd edib ki, daha sonra qanun layihəsi tərcümə olunaraq Ümumdünya Turizm Təşkilatına göndəriləcək: “Onlar da öz rəylərini təqdim etdikdən sonra parlamentin müzakirəsinə təqdim olunacaq”.
Nazir müavini onu da deyib ki, ölkədə turizm sahəsində islahatların həyata keçirilməsi planlaşdırılır.