Martın 1-də Bakıda tanınmış norveçli səyahətçi və alim Tur Heyerdalın “Kon-Tiki adam” adlı sərgisinin açılışı olacaq. GoMap.az saytının Norveç səfirliyinə istinadən yaydığı məlumata görə, bu sərgi Azərbaycan Tarix Muzeyi və Norveç Kon Tiki Muzeyinin birgə layihəsidir və Norveç səfirliyinin dəstəyi ilə keçirilir. Sərgi mayın 31-dək davam edəcək. Sərginin açılış mərasimində Tur Heyerdalın oğlu kiçik Tur Heyerdalın çıxışı nəzərdə tutulur. Sərginin sponsoru “Statoil” şirkətidir.