Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Rəngarəng dünya” layihəsinə başlanılmışdır.
25 məktəblinin iştirakı nəzərdə tutulan layihə onların asudə vaxtlarının səmərəli təşkilinə, incəsənətə, xüsusilə rəssamlığa maraqlarının artmasına xidmət edir. Həmçinin layihə istedadlı şagirdləri üzə çıxarmağı və onların daha böyük incəsənət layihələrində iştirakına kömək etməyi də nəzərdə tutur.
İştirakçılar layihə çərçivəsində qrup işini, liderliyi və rəqabət aparmağı öyrənəcəklər.
Layihənin davamlılığı üçün məktəblərdə müvafiq istiqamətdə işlərin aparılması və rəssamlıq klublarının yaradılması nəzərdə tutulur.
AzərTAc