Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçiriləcəkdir.
Bakı Şəhər Mədəniyyət və Turizm idarəsindən bildirmişlər ki, bu əlamətdar gün münasibətilə martın 15-də Səbail rayon MKS-nin 6 nömrəli filialında “Göyərçin yuvalı bahar” mövzusunda sərgi nümayiş etdiriləcəkdir.
Martın 17-də Səbail rayon MKS-nin mərkəzi kitabxanasında “Novruz bayramı və Azərbaycan xalq folkloru” məlumat saatı, 4 nömrəli filialında “Elimizə bahar gəlir” adlı konsert, martın 18-də isə 2 nömrəli filialında “Novruz nəğmələri” mövzusunda sərgi təşkil olunacaqdır.
AzərTAc