Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək kənd təsərrüfatı yarmarkalarının ünvanları açıqlanıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalar 15-19 martda keçiriləcək.
yarmarkalar Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə təşkil edilir. Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq.
Qeyd edək ki, nazirlə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkili tapşırılıb.
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ən müasir standartlara uyğun və yeni qapalı formada qurulacaq, daha səmərəli təşkil olunacaq, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılacaq. Həmçinin, ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması və əhalinin rahatlığı üçün hər cür şəraitin yaradılması bu yarmarkaları digərlərindən fərqləndirəcək.
Bakı şəhəri, Xətai rayonu:
- Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda.
Bakı şəhəri, Yasamal rayonu:
- Akim Abbasov küçəsi, İran klinikasının yanı.
Bakı şəhəri, Nərimanov rayonu:
- Gənclik metrosu, stadionun yanı.
Bakı şəhəri, Binəqədi rayonu:
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti.
Bakı şəhəri, Suraxanı rayonu:
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı.
Bakı şəhəri, Nəsimi rayonu:
- Təzə bazarın ərazisi.
Bakı şəhəri, Səbail rayonu:
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.
ANS PRESS