Yaxın vaxtlarda qlobal elastik ekran bazarında artım gözlənilir. Bu, sözügedən məhsulun tətbiq sahəsinin genişlənməsi ilə izah edilir.
Tayvanın “Industrial Economics and Knowledge Center” tədqiqat mərkəzinin mütəxəssisləri hesab edirlər ki, hazırda mobil qurğu və televizorlarda tətbiq edilən elastik ekranlar tezliklə başqa sahələrdə (daşınan elektronika bazarı, pərakəndə ticarət seqmenti, səhiyyə sektoru və hətta arxitektura) istifadə ediləcək.
Hesab edilir ki, 2018-ci ilədək mobil telefonlar üçün qlobal elastik ekran tədarükünün həcmi 8,35 milyona çatacaq. 2014-cü ildə bu göstərici 310 min olacaq. Bundan başqa, tezliklə planşetlər də sözügedən ekranlarla təchiz olunacaq.
Oxu.az