Rusiyanın “Mayak” radiosunda Azərbaycanda ANS telekanalının yeni “Bizimkilər” layihəsi müzakirə olunub.
Zemfiranın “İskala” adlı mahnısını milli alətlərimizlə ifa edilməsi, mili kaloritlərin orada yer alması rusiyalı dinləyiciləri xeyli təəəccübləndirib. Təkrar-təkrar ifanı dinləyən radio aparıcılar heyrətlərini gizlədə bilməyiblər. Hətta onlardan biri bu layihənin adını qeyd edərək təkrar dinləmək istədiyini bildirib.
Azərbaycanlıların bu mahnını öz alətlərində necə gözəl ifa etdiklərini dilə gətirən aparıcılar zövq aldıqlarını söyləyiblər.
Veriliş zamanı yaşananları aşağıdakı süjetdə izləyə bilərsiniz.
VİDEO
show.az