“Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunlarına hazırlıq çərçivəsində üçulduzlu hotellərin tikintisinə başlanıb”.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbulfəs Qarayev söyləyib.
Nazir deyib ki, Azərbaycanda ucuz qiymətə qalmaq üçün nəzərdə tutulan hotellərin tikintisi aktual deyil, buna kütləvi ehtiyac yoxdur: “Azərbaycandan xarici ölkələrə gedən turistlər də hotellərdə minimum şəraitin olmasını istəyirlər. Hotel elədir ki, bir otaqda 4-6 nəfər qalmaqla ümumi sanitar qovşaqlardan istifadə nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinə hotel tikintisi ilə bağlı iki müraciət var. Amma kütləvi şəkildə belə hotellərin Azərbaycanda tikilməsinə üstünlük verməyəcəyik”.
APA