Qoç - Gün ərzində yaranan və təcili həllini tələb
edən problemlərin öhdəsindən gəlmək asan deyil. İmkanlarınızla
potensialınızı olduğundan artıq dəyərləndirməyin, mənasız və yerinə
yetirə bilməyəcəyiniz vədlər verməyin. Ruhdan düşməyin. Müttəfiqlərin
yardımlarından boyun qaçırmayın, situasiyadan faydalanın. İşgüzar görüş
pis keçməyəcək. Yeni tərəfdaş tapa bilərsiniz. Onunla əməkdaşlıq
məhsuldar olacaq.
Pullarla ehtiyatlı olun. Lazımsız, ehtiyac duymadığınız əşyalar alıb bədxərclik etməyin.
Sevdiyiniz insanla mübahisə etməyin.
Buğa
- Maraqlı tanışlıqlar, önəm verdiyiniz insanla görüş vəd edən gündür.
Peşəkar fəaliyyət sahəsində qəfil təklif ala bilərsiniz. Həmin təklifi
qəbul etsəniz, karyeranızda yeni mərhələ başlayacaq. Anlaşmalar,
sövdələşmələr, alış-veriş üçün pis gün deyil. Pulları səpələməyin,
bədxərclik etməyin.
Yeni müttəfiq və yardımçı axtarışları üçün düşərli zamandır.
Kosmetik təmirə, interyerin yenilənməsinə başlamaq olar. Bahalı geyim və aksessuar, habelə zərgərlik məmulatları almaq olar.
Əkizlər
- Qəfil irəliləyiş və gözlənilməz uğur istisna deyil. Başa vurmaqda
çətinlik çəkdiyiniz işlərdən birini müvəffəqiyyətlə sonuclandıra
bilərsiniz.
Maliyyə fonu pis deyil. Yaxşı gəlir istisna
deyil. Bir qədər sonra əhəmiyyətli məbləğdə mənfəət vəd edən anlaşma və
ya sövdələşməyə nail olmağa çalışın.
Dostlar və qohumlarla
münasibətlər günün ikinci yarısında yaxşı olacaq. Sevdiyiniz insanlarla
asanlıqla dil tapın. Hətta ən cəsur, avantürist ideyanız da dəstəklənə
bilər. Məntiqli layihələrdən birinin reallaşacağına şübhə etməyin.
Xərçəng -
İstənilən çətinlikdə olan məsələlərin həlli üçün yaxşı gündür.
Problemlər sizi qorxutmasın. Məqsədə doğru irəliləyişinizə düşmənlər və
ya bədxahlar mane ola bilməyəcəklər. İşgüzar danışıqlarda qətiyyətli
olun. Mövqelərinizdə israr etsəniz, sərfəli təkliflər ala bilərsiniz.
Çoxdan
bəri həllini gözləyən, çözümünü ertələdiyiniz problem yenidən gündəmə
gələ bilər. Əvvəllər yol verdiyiniz səhvlərin fəsadlarını aradan
qaldırın. Çətin olsa da, prosesin öhdəsindən gələcəksiniz.
Gəlirlər
kiçik olsa da, vaxtında yetişəcək. Köhnə borcların qaytarılması
ehtimalı var. Axşam saatları maraqlı tanışlıq vəd edir. Romantik
münasibətlərin başlanması istisna deyil.
Şir
- Emosional fonu çox mürəkkəb gündür. Ruhi müvazinəti asanlıqla
itirməyin. Qıcıqlanaraq dostlarla mübahisəyə başlamayın. Sonradan sizdə
təəssüf hissi yaradacaq sözlər deməyin. İşdə stress situasiyasının
yaranma şansları az deyil.
Ailədə münaqişəyə yol verməmək üçün sərt iradlar səsləndirməyin, aqressiv olmayın.
Günün
ikinci yarısında maliyyə fonu əlverişlidir. Pulla bağlı narahatlıq
keçirməyə dəyməz. Alacağınız işgüzar təklif qarşınızda yeni
perspektivlər yaradır. Amma yorucu və usandırıcı işi başqasının
görəcəyini də düşünməyin.
Qız -
Xeyli vaxtdan bəri reallaşdırmaq istədiyiniz planı həyata keçirməyin
vaxtıdır. Köhnə tanışlar, sadiq dostlar, yeni tərəfdaşlar sizə yardım
edəcəklər. Onlar bəzi problemlərin həllində əvəzolunmaz rol oynaya
bilərlər.
İşgüzar tərəfdaşla planları müzakirə edin. İşdə
rəhbərliyin tapşırığını diqqətlə dinləyin. Yaxın ətrafınızdakı insanlara
laqeyd qalmayın. Onlar belə davranışı dərhal hiss edəcəklər.
Günün ikinci yarısında danışıqlar və ya təmaslarda problemlər yarana bilər.
Axşam saatlarında gələcək qonaq sizi usandıra bilər.
Sevdiyiniz insanla ünsiyyət zamanı səbrli, təmkinli olun.
Tərəzi -
Uğur şansı çoxdur. Təkbaşına çalışmayın, absolyut müstəqilliyə can
atmayın. Sizə yardım edəcək, işin ən çətin hissəsini boynuna götürəcək
insanlardan yararlanın. Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və
sövdələşməyə nail olmaq, potensial iş yerinin sahibi ilə görüşmək olar.
Çoxdan gördüyünüz işin ödənişini və ya mükafatını indi alacaqsınız. Bir
zamanlar yardım etdiyiniz insan sizə minnətdarlıq edəcək.
Dəvət olunduğunuz yerə yollanın, qəmli və ya hirsli təsir bağışlamayın.
Sevdiyiniz insanla münasibətləri səbəbsiz qısqanclıqla korlamayın.
Axşam saatlarında ailəvi istirahəti seçin.
Əqrəb
- Ehtiyatlı, diqqətli olun. Uzun müddətdən bəri, səylə yaratdığınız
plan, konstruksiya dağıla bilər. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı,
şəxsi münasibətlərdə sayıq davranın. Mühüm qərarları qəbul edəndə
düşünülməmiş, tələsik insan təsiri yaratmayın. Əldə etdiyiniz məlumatı
sakitcəsinə, aramla təhlil edin. Yeni biliklər, məlumatlar, informasiya
və təcrübə əldə etmək üçün əlverişli zamandır.
Günün ikinci
yarısında bəzi işlər istədiyiniz kimi alınmazsa, ruhdan düşməyin,
bədbinliyə qapılmayın. Nə qədər qəribə olsa da, müvəqqəti uğursuzluq bir
qədər sonra ciddi irəliləyişə çevrilə bilər.
Təmaslar və əlaqələri saf-çürük edin. Yeni tanışlıqlara tələsməyin.
Oxatan
- Mübahisələr və münaqişələr ola bilər. İmpulsiv olmayın, sərt
danışmayın. Asanlıqla qıcıqlanıb emosional davranmayın. Təmkinli,
soyuqqanlı olun. Yaxşı tanıdığınız insanlardan biri ilə kəskin
anlaşılmazlıq yarana bilər. Sizə bağlı olan, sayğı bəsləyən insanlarla
təmaslarda həssas olun. Yaxın ətrafınızdakı insanların davranışlarını
bəzən anlaya bilmirsiniz. Sizə yaxşılıq etmək istəyən insanı yanlış
anlamayın.
Maliyyə problemləri yaranacaq, amma onların öhdəsindən tezliklə gələcəksiniz.
İmiclə eksperimentlər aparmaq olar.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
Oğlaq
- İşgüzar fəaliyyət sahəsində ciddi irəliləyişlərə nail ola bilərsiniz.
Mövqelərinizi möhkəmlədin, nüfuzlu insanlardan dəstək alın. Danışıqlar
pis keçməyəcək. Sərfəli şərtlərlə anlaşmalara nail olmaq şansları var.
İş axtarışı, müzakirələr üçün düşərli zamandır. Yeni fəaliyyət sahəsində uğurlara nail ola bilərsiniz.
Günün
ikinci yarısındakı görüş xoş təəssüratlar yaradacaq. Qohumlardan biri
ilə çoxdan yaranan və hələ də həllini tapmayan fikir ayrılığını çözmək
olar. Anlaşılmazlıqlara son qoyun.
Dolça
- Qətiyyətli və inadkar olun. Bu gün uğurlu, əlverişlidir. Yaranan
şanslardan istifadə edin. Hətta minimum informasiyaya malik olsanız da,
dürüst taktika hazırlamağa çalışın. Bəzi planları az sonra reallaşdırmaq
olar. Anlaşma və ya sövdələşmə gəlir verəcək. Qiymətli hədiyyələr
istisna deyil.
Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaq, təriflər eşidəcəksiniz. Əks cins mənsubları sizinlə maraqlanacaqlar.
Romantik təmaslar ciddi münasibətlə sonuclanmayacaq.
Balıqlar
- Bahalı əşya almaq, sərmayə yatırmaq olar. Günün maliyyə fonu buna
imkan verir. Planlaşdırılmamış xərclər büdcənizə ağır zərbə vurmayacaq.
Anlaşma və sövdələşmələrdə diqqətli olun. İşgüzar intuisiyanız iti
olmasa, pul yatırdığınız layihələrdən yaxşı gəlir əldə etməyəcəksiniz.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Təəssüratlar faydalı, habelə maraqlı ola bilər.
Səhhətinizdə
kiçik problemlər istisna deyil. Özünüzü qoruyun, ifrat yorğunluğa düçar
olmayın. Xoşagəlməz insanlarla görüşlərdən imtina edin. Emosional
durumunuz stabil deyil. Sizi asanlıqla ruhi müvazinətdən çıxarmaq olar.
Milli.Az