Martın 16-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində “Qırmızı kakadu” filmi nümayiş olunacaqdır.
“Kapellhaus”dan bildirmişlər ki, alman rejissoru Dominik Qrafın “Kakadu” filmi 2006-cı ildə lentə alınmışdır. Bu alman retrosu 1961-ci ildə gənc drezdenlilərin məhəbbət və siyasi əyləncələrindən bəhs edir.
Rollarda Maks Rimelt, Cessika Şvarts, Ronald Serfeld və başqaları çəkilmişlər.
AzərTAc