"Bu meydan, bu ekran-2011” kino layihələri müsabiqəsinə yekun vuruldu
27.7.2011

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə elan edilmiş «Bu meydan, bu ekran-2011» kino layihələri müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən qalib kino layihələri təsdiq edilmişdir:

“Mayak” layihəsi, “Orman prodakşn” şirkəti;
“İşığa doğru” layihəsi, “Art Qlobal prodakşn” şirkəti;
“Paralel həyat“ layihəsi, “EXA prodakşn” prodüser mərkəzi;
“Qaranquş yuvası” layihəsi, “Butafilm” kino şirkəti.