Braziliyalı ağır atlet əzələlərini şişirtməklə həyatını təhlükəyə atıb - Foto
13.3.2014

Braziliyalı ağır atlet əzələlərini hədsiz şişirdərək həyatını təhlükə altına atıb. Braziliyalı atlet Arlindo de Couza ən böyük əzələyə malik insandır.

O, əzələ toxumasını inkişaf etdirmək üçün bədəninə yağ və alkoqoldan ibarət kokteyl daxil edir.
“Dağ” ləqəbli bu insan Arnold Şvartsneqerin fanatıdır. İndiyə qədər əzələlərini genişləndirmək üçün onun sınaqdan keçirmədiyi çox az yol olub. Belə ki, Arlindo bədəninə at hormonu, fərqli vitaminlər, steroidlər daxil edib, lakin rəqiblərindən fərqlənmək üçün o, başqa bir yola əl atıb və həyat üçün təhlükəli olan bu kokteyli bədəninə daxil edib.

Arlindonun sözlərinə görə, bu kokteyl bədəninə daxil olduqdan sonra onun əzələləri günlərlə deyil, saatlarla artmağa başlayıb.

O bildirib ki, bəzi atletlərin bu reseptdən istifadə etməklə təhlükəli infeksiyaya yoluxduğunu bilir. Bunun nəticəsində onlardan bəziləri ölüb, bir qisminin isə qolları amputasiya olub. Buna görə də idmançı bu məhluldan istifadəni heç kimə məsləhət görmür.




Gün.Az