Sankt-Peterburqda Mstislav Rostropoviçin memorial lövhəsi açılacaqdır
13.3.2014

Martın 18-də Sankt-Peterburqun “Naberejnaya Kutuzova” 16 ünvanında Mstislav Rostropoviçin memorial lövhəsinin təntənəli açılış mərasimi keçiriləcəkdir.

Mstislav Rostropoviç Fondunun rəsmi saytına istinadla xəbər verir ki, Sankt-Peterburqla dünya şöhrətli musiqiçinin həyatının mühüm hadisələri bağlıdır.

D.Şostakoviç və B.Brittenin əsərlərinin premyerası, maestronun konsertləri, o cümlədən möhtəşəm violonçel silsilə konsertləri, onun parlaq musiqiçilər yetişdirdiyi Leninqrad Dövlət Konservatoriyasında müəllimliyi, A.S.Puşkin Evi Fondu, Çeçen müharibəsi qaçqınları üçün xeyriyyə konsertləri və digər tədbirlər bu şəhərdə keçirilmişdir.
Mstislav Rostropoviç və Qalina Vişnevskaya “Naberejnaya Kutuzova” ünvanına 1994-cü ildə köçmüş və öz qiymətli arxivlərini məhz bu evə gətirmişlər.

Müvafiq yerdə memorial lövhənin quraşdırılması qərarı Sankt-Peterburq hökuməti tərəfindən 2009-cu ildə verilmişdir.

Memorial lövhə heykəltəraş Rüstəm İqamberdiyev, memar Anton Medvedev, rəssam Aleksandr Dodondan ibarət müəlliflər kollektivi tərəfindən hazırlanmışdır.

AzərTAc