Axtarış
Başqa şəhərlərdə
Moda dünyasında retro küləkləri əsməyə davam edir. 1950-ci illərdən əsən küləklər 2014-ün bahar mövsümünə büzməli ətək modellərini də gətirib. Keçən il əsasən uzun ətəklər dəbdə idisə, bu il uzun ətəkləri büzməli ətək modelləri əvəz edəcək. Xüsusən də midi büzməli ətəklər mövsümün trendi olacaq. Büzmə elementi, hətta dəri parçalarda da tətbiq olunub. Büzməli ətəklər qadınlığı əks etdirən bir detal olduğu üçün xanımları çox romantik göstərir. Midi ətəkləri hündürdaban ayaqqabı və ipək bluzla birlikdə sintez edilməlidir. Boyunuzun daha uzun görünməsi üçün ayaqqabını krem rənglərində alın. Mini ətəkləri isə baletkalarla geyinmək olar. Büzməli dəri ətək – Mövsümün ən diqqət çəkən ətəkləri şübhəsiz ki, dəri modellərdir. Midi və mini büzməli ətək modelləri ofis stili üçün mükəmməl seçim hesab olunur. Bu ətəyi ağ köynək və stiletto ayaqqabı ilə geyinsəniz, qüsursuz stil sahibi olarsınız. Daha vamp görünmək üçün üst geyim olaraq dəri gödəkçə geyinə bilərsiniz. Trendlərin izi ilə gedənlər isə büzməli ətəkləri damalı köynəklərlə sintez edə bilər. Soyuq havalarda büzməli ətəkləri qalın köynəklərlə də geyinə bilərsiniz. Sweatshirt-lərin populyar olduğu bir mövsümdə büzməli ətəyi bu tip köynəklərlə uyğunlaşdıra bilərsiniz. Həmçinin boğazlı köynəklər də düzgün seçim ola bilər. Belinizin incəliyini vurğulamaq üçün zərif bir kəmər taxmaqla eleqant obrazı tamamlaya bilərsiniz. Publika.Az-ın qadın bölməsi ən yaxşı büzməli ətək modellərini toplayıb.
Moda dünyasında retro küləkləri əsməyə davam edir. 1950-ci illərdən əsən küləklər 2014-ün bahar mövsümünə büzməli ətək modellərini də gətirib. Keçən il əsasən uzun ətəklər dəbdə idisə, bu il uzun ətəkləri büzməli ətək modelləri əvəz edəcək. Xüsusən də midi büzməli ətəklər mövsümün trendi olacaq. Büzmə elementi, hətta dəri parçalarda da tətbiq olunub.
Büzməli ətəklər qadınlığı əks etdirən bir detal olduğu üçün xanımları çox romantik göstərir. Midi ətəkləri hündürdaban ayaqqabı və ipək bluzla birlikdə sintez edilməlidir. Boyunuzun daha uzun görünməsi üçün ayaqqabını krem rənglərində alın. Mini ətəkləri isə baletkalarla geyinmək olar.
Büzməli dəri ətək – Mövsümün ən diqqət çəkən ətəkləri şübhəsiz ki, dəri modellərdir. Midi və mini büzməli ətək modelləri ofis stili üçün mükəmməl seçim hesab olunur. Bu ətəyi ağ köynək və stiletto ayaqqabı ilə geyinsəniz, qüsursuz stil sahibi olarsınız. Daha vamp görünmək üçün üst geyim olaraq dəri gödəkçə geyinə bilərsiniz. Trendlərin izi ilə gedənlər isə büzməli ətəkləri damalı köynəklərlə sintez edə bilər.
Soyuq havalarda büzməli ətəkləri qalın köynəklərlə də geyinə bilərsiniz. Sweatshirt-lərin populyar olduğu bir mövsümdə büzməli ətəyi bu tip köynəklərlə uyğunlaşdıra bilərsiniz. Həmçinin boğazlı köynəklər də düzgün seçim ola bilər. Belinizin incəliyini vurğulamaq üçün zərif bir kəmər taxmaqla eleqant obrazı tamamlaya bilərsiniz.
Publika.Az-ın qadın bölməsi ən yaxşı büzməli ətək modellərini toplayıb.
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.