Günün ulduz falı
23.2.2012

Qoç - Heç sevmədiyiniz birisinin işlərinizə qarışması mümkündür. Amma canınızı qurtara bilməyəcəksiniz, dözməli olacaqsınız. Sakit olmağa çalışın, emosiyalarınızı cilovlayın. Əgər bu gün hansısa bir münaqişə başlasa, həftənin axırına kimi başınız ağrıyacaq.
Bu gün vacib və faydalı bir işlə məşğul olmağı planlaşdıran Qoçlar pəjmürdə olacaqlar. Amma tənbğəlliyi üstün tutanlar sevinəcəklər. Günün ikinci yarısı plandan kənar, o cümlədən romantik görüşlər mümkündür.

Buğa - Gününüz heç də pis başlamır. Nikbin əhval-ruhiyyədəsiniz, öz gücünüzə inanırsınız, bütün işlərə həvəslə yanaşırsınız. Bax burada isə işlər dolaşığa düşür - öz gücünüzü düzgün hesablamırsınız, üzərinizə görə bildiyinizdən daha çox iş götürürsünüz. Əgər diqqətli olmasanız, günün ortasında xoşagəlməz hadisələrlə üzləşə bilərsiniz.
Yaxınlarınızla ünsiyyətdə çətinliyiniz yarana bilər. Çox sıx təmaslardan qaçırsınız, amma insanların qəlbini qırmadan bunu etmək mümkünsüzdür. Ailənizin yaşlı üzvlərilə ciddi fikir ayrılığı yarana bilər.

Əkizlər - Bu gün insanlara necə güclü təsir etməyiniz özünüzü də təəccübləndirir. Kiminsə başını gicəlləndirmək sizin əlinizdə su içmək kimi asandır. Ancaq öz məlahətinizdən istifadə edərkən ehtiyatı yaddan çıxarırsınız, bu gün dərdinizdən ölənlər çox tezliklə zəhlənizi tökəcəklər.
Ciddi problem və itkilər olmasa da, xırda xoşagəlməz hadisələrlə üz-üzə qalacaqsınız. Sakit olmağa çalışın, bircə dəfə hirslənsəniz, özünüzə gəlmək çətin olacaq.

Xərçəng - Gün xeyli xoş hadisə ilə doludur. İstedadınızı parlaq nümayiş etdirərək diqqəti özünüzə cəlb edir və bundan ağıllıca istifadə edirsiniz. Tanışlıqlar qura bilərsiniz, amma ehtiyatı əldən verməyin: hansısa şübhəli bir şəxs sizin etibarınızı qazanmaq fikrinə dühəcək.
Təəssüf ki, problemləriniz də olacaq. Bunlar əsasən onunla bağlıdır ki, siz riski nəzərə almır, bir çox məsələləri asan sayırsınız. Əslində isə həmin məsələlərə daha geniş diqqət ayırsanız, işləriniz daha yaxşı gedər. Hübhəli sövdələşmələr bağlamayın. Macəralara qoşulmağa çalışmayın.

Şir - Bu gün öz işlərinizdən çox, başqalarının işlərini görürsünüz, bu heç də pis deyil: ətrafınızdakılara kömək etməyinizin tam zamanıdır. Dünyanı daha yaxşı etməyə çalışın, o zaman öz həyatınız da yaxşıya doğru dəyişəcək.
Günün ikinci yarısı emosional cəhətdən daha əlverişlidir. Əhvalınız yaxşı olacaq və kimsənin onu pozmaq şansı, demək olar ki, yoxdur. Qohumlarınızla ünsiyyət, ailə problemlərinin həlli uğurlu olacaq. Uzun müddət davam edən münaqişələri yoluna qoymaq imkanınız yaranacaq.

Qız - Maraqlı və xoş bir gün sizi gözləyir. Sizə hansı iş daha vacib görünürsə, onda da qələbə qazanacaqsınız. Maraqlı təklif və dəvət ala bilərsiniz. Ziyafətlərdən imtina etməyin, bunlardan birində bütün həyatınızı dəyişə biləcək bir insanla rastlaşa bilərsiniz.
Yaxınlarınızdan biri sizə xoş sürpriz edəcək. Öz emosiyalarınızı gizlətməyin - ürəkdən sevinin. Bu günə planlaşdırdığınız səfərlər, şərait dəyişkənliyi ancaq xeyrinizədir.

Tərəzi - Neytral gündür. Nə böyük qələbələr, nə də ciddi çətinliklər olmayacaq. Köhnə tanışınızdan xəbərlər ala, çoxdan görmədiyiniz biri ilə təsadüfən görüşə bilərsiniz. Unutduğunuz hissləriniz də sizi yad edə bilər, hətta bu səbəbdən əvvəlki səhvlərinizi də təkrar edə bilərsiniz.
Enerjiniz çox deyil, səhhətiniz pisləşə bilər. Fiziki işlərdən qaçın. Daha çox açıq havada gəzin. Ümumiyyətlə, səhhətinizə diqqət edin.

Əqrəb - Ulduzlar sizin tərəfinizdədir. Mürəkkəb və faydalı işlərin yoluna qoyulması üçün uğurlu gündür. Yaradıcı potensialınız yüksəkdir və işlərin öhdəsindən asanlıqla gəlirsiniz. Qayğılarınızın çoxluğundan çəkinməyin, hamısına gücünüz yetəcək. Faydalı tanışlıqlar mümkündür. Uzunmüddətli yaradıcı işbirliyi qura bilərsiniz.
Şəxsi həyatınızda da işləriniz pis getmir. Sizi anlayır, olduğunuz kimi qəbul edir və sevirlər, bu isə sizi ruhlandırır. Xoş sürprizlər, hədiyyələr, az tanıdığınız adamlar tərəfindən diqqət gözləyin.

Oxatan - Günün çox hissəsi sakit keçəcək, axşama doğru isə həyəcan yaşaya bilərsiniz. Səhər dostlarla görüş, qeyri-formal şəraitdə söhbət üçün münasibdir. Asanlıqla tanışlıqlar qurur, ilk dəfə gördüyünüz insanlarla asanlıqla dil tapırsınız. Əgər bu gün eşq macərasına baş vursanız, o, çox sürətlə inkişaf edəcək.
Valideyn Oxatanlar bir qədər çətinlik çəkəcəklər, bu gün uşaqlarla ünsiyyət alınmır. Yaşlı nəslin nümayəndələri ilə isə dil tapmaq asan olacaq, bu isə bir çox vacib məsələlərin həllinə kömək edəcək.

Oğlaq - Əvvəllər başladığınız işləri bitirmək elə də asan olmasa da, bunu etsəniz, yaxşı olar. Çətinliklər heç gözləmədiyiniz yerdə peyda olur. Ancaq inadınız istədiyinizə çatmağa imkan yaradır. Maliyyə vəziyyətiniz yaxşıdır, böyük məbləğdə pul ala bilərsiniz.
Ailədə anlaşılmazlıqlar mümkündür. Bu gün fikirlərinizi elə tərzdə deyirsiniz ki, onlar ətrafınızdakıların qulağına xoş gəlmir. İfadələrinizi seçin, ikibaşlı ifadə işlədəndə isə tez üzr istəyin, gülümsəməyi də unutmayın.

Dolça - Həyəcan içində xəbər gözləməli olsanız da, çətin ki, ehitmək istədiyinizi duya biləsiniz. Tam məlumat almadan bəzi işlərə başlamaq qətiyyən məsləhət deyil. Amma elə məsələlər də var ki, onların həllini sabaha saxlamaq olmaz.
Şəxsi problemləriniz mümkündür. Sizin üçün dəyərli olan insanlarla ümumi dil tapmaq çətindir. Yaranan şəraitlə əlaqədar narazılığınızı daha sakit formada bildirməyə çalışın. Xırdaca bir məzəmmət böyük münaqişəyə səbəb ola bilər.

Balıqlar - Gün xüsusi heç nə vəd etmir. O, sakit və rəvan keçir. Çoxdan maraq göstərdiyiniz işlərlə məşğul ola bilərsiniz. Enerjiniz o qədər də çox deyil, özünüzü gözləyin, fiziki işlərin qədərini azaldın. Günün ikinci yarısı ağır işlər görmək məsləhət deyil.
Həm işgüzar, həm də həxsi xarakterli görüşlər təyin edə bilərsiniz, amma çalışın ki, onlar sizin üçün rahat olan şəraitdə keçsin. Yaxşı tanıdığınız məkanları seçin: oranın divarları sizə "dəstək" olacaq.

                                                                                                                                  Milli.Az