Bakı bulvarında daha bir nəhəng layihənin icrasına başlanıb. Dənizkənarı Milli Parkın köhnə
hissəsi ilə yeni hissəsinin birləşdiyi ərazidə, “Əl oyunları sarayı” ilə
üzbəüz dəniz kənarında 35 mərtəbəli lüks otelin tikintisinə başlanılıb.
“Full Moon” adlanan layihəni Almaniyanın
məşhur “Heerim” şirkəti hazırlayıb və idarə edir. Layihəni Azərbaycanın
iri tikinti şirkətlərindən biri icra edir.
Bildirilir ki, “Full Moon” layihəsi Bakı
bulvarının digər ucunda, “Port Baku” ilə üzbəüz inşa olunan “Baku
Cresent poroject” ilə oxşar olacaq. Hər iki layihə müasir “Waterfront”
üslubunda işlənib.
“Full Moon” kompleksində ümumilikdə 382 otaq
nəzərdə tutulub, layihənin ümumi sahəsi 104 min 182 kvadratmetrdir. 35
mərtəbəli lüks otelin maksimum hündürlüyü 158,68 metrdir.
Qeyd edək ki, kompleksdə bir neçə bina
yerləşəcək və həmin binalar dəniz sahilində sürünən “ilan” formalı kürsü
ilə bir-biri ilə birləşəcək.
oxu.az