99 yaşlı kar qoca hamımız üçün nümunə olmalıdır. Bu,
99 yaşlı Dobri Dobrev İkinci Dünya Müharibəsi zamanı eşitmə
qabiliyyətini itirib. Artıq on illərdir ki, evdə tikilmiş geyim və dəri
ayaqqabı geyinərək 25 km öz kəndindən uzaqda yerləşən Sofiyaya
dilənçilik etməyə gedir. Bütün gününü şəhərin küçələrində gəzərək pul
yığır.
Qəribə olsa da özü 80 avroluq təqaüdlə dolanan
qoca yığdığı pulun 1 sentini belə özünə xərcləmir. İllər ərzində bütün yığdığı pulu (bu təxminən 40 000 avro edir) hesablarını ödəyə bilməyən uşaq evlərinə verir.
Bəziləri onu yaşadığı yerin şərəfinə “Baylovo müqəddəsi” adlandırırlar.
Bu il onun 100 yaşı tamam olur.
Təbii ki, onu qiymətləndirir və sevirlər. Uşaqlar onu “Dobri baba” adlandırırlar – o, həyatda mövcud xeyirxahlığın təcəssümüdür.
Əgər siz kimisə təqlid etmək istəsəz nümunə
kimi bu yaşlı babanı seçə bilərsiz. Bəlkə də hərəmiz bir xırda belə
yaxşılıq etsək dünya gözəlləşər.
oxu.az