“Bir uşağa həyat verək” devizi altında xeyriyyə sərgisi açılacaqdır
17.3.2014

Martın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin təşkilatçılığı ilə “Bir uşağa həyat verək” devizi altında uşaq rəssamların xeyriyyə sərgisi açılacaqdır.

İctimai Birlikdən bildirmişlər ki, sərgidə uşaqların müxtəlif mövzularda çəkdikləri rəsmlərin nümayişi və satışı təşkil olunacaqdır. Satışdan əldə olunacaq vəsait xəstə uşaqların müalicəsinə sərf ediləcəkdir.
Sərgidə Milli Məclisin deputatlarının, QHT rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.

AzərTAc