Qoç - Düşünülməmiş risk və emosional qərarlara yol
verməsəniz, gün uğurlu alınacaq. Əvvəlcədən hazırlanmış plan üzrə
hərəkət edin. Əgər improvizə etməli olsanız, yaxın ətrafınızdakı
insanları heyrətləndirəcək və ya təəccübləndirəcək əməllərə yol
verməyin.
Ənənələri və yazılmamış qaydaları pozmaq məsləhət deyil.
Kiçik
səfərlər, şəraiti dəyişmək üçün günün ikinci yarısı sərfəlidir.
Hisslərinizin etirafından çəkinməyin. Sevdiyiniz insana sürpriz edə
bilərsiniz. Qeyri-adi romantik görüş əhvalınızı yaxşılaşdıracaq.
Buğa -
Ciddi, ağır problemlər yaranmayacaq. Kiçik problemlərin və xırda
çətinliklərin öhdəsindən isə asanlıqla gələcəksiniz. Gün ümumən pis
keçməyəcək. Parlaq qələbələr, işlərdə əhəmiyyətli uğurlar gözləməyin.
Yaxınlarla münasibətlərdəki anlaşılmazlığı aradan qaldırmaq şansları
var.
Fəqət bilin ki, mübahisələr üçün yeni səbəblər formalaşa bilər.
Günün ikinci yarısında alış-veriş uğurlu olmayacaq. Amma qiymətli hədiyyə ala bilərsiniz.
Axşam saatlarına yaxın planlarda dəyişikliklərə rəvac verəcək mühüm xəbər alacaqsınız.
Əkizlər
- Gün ciddi problemlər vəd etmir. Amma əhvalınız daha yaxşı ola
bilərdi. Emosiyalarınıza nəzarət edin. Çətin olsa da, bunu bacarın.
Təmas və ünsiyyətinizi məhdudlaşdırın. Bir qədər tək qalın, tənhalığa
qapılın, hisslərinizi yerbəyer edin. Bədbin olmayın.
Günün
ikinci yarısında mənfi təmayüllərin təsiri azalacaq. Problemlərin
əksəriyyətinin dəyərsiz və mənasız olduğunu anlayacaqsınız.
Ciddi maliyyə çətinlikləri yarana bilər. Narahatlıq üçün ciddi səbəb yoxdur, çünki problemlər müvəqqətidir.
Xərçəng
- Ən mühüm işləri günün ilk yarısında başa vurmaq olar. Məhsuldar və
ümidlər vəd edən zamandır. Aktiv olsanız, saatlarınız pis keçməyəcək.
Məsləhətlərə qulaq asın. Riskli işlərə başlamayın, təhlükəli
əməliyyatlarda gəlir aramayın. Kiçik maliyyə itkiləri istisna deyil.
Anlaşma və sövdələşmələrdə diqqətli, sayıq olun.
Günün ikinci
yarısında dəvət aldığınız tədbirlərin hamısına qatılmayın. Yeni
tanışlıqlar zamanı diqqətli davranın. Etibarınıza və güvəninizə nail
olmağa çalışan insanların əksəriyyəti səmimi deyil.
Şir
- Çoxsaylı yeni imkanlar yaradan yaxşı gündür. Yeni biliklər və
bacarıqlar əldə etmək, informasiya almaq şansları yaranıb. Sərfəli
anlaşmalar və sövdələşmələrə nail olmaq mümkündür. Kommersiya
fəaliyyətində yeni mərhələyə keçə bilərsiniz. Konfrans və seminarlarda
iştirak etmək olar.
Günün ikinci yarısında romantik və
işgüzar səfərlər gözləntilərinizə cavab verəcək. Yaşlı qohumlar və ya
yaşamınızda önəmli rol oynayan insanlarla dil tapa bilərsiniz. Ciddi
münasibətlərin rəhni ola biləcək tanışlıqlar istisna deyil.
Qız
- Peşəkar fəaliyyətinizlə bağlı önəmli qərarlar qəbul etməyin. Düzgün
qərar vermək üçün informasiya yetərli deyil. Bu səbəbdən də situasiyanı
yanlış dəyərləndirə bilərsiniz. Fikir və ideyalarınızı açıqlamayın. Əks
təqdirdə yaxın ətrafınızdakı insanlarla münasibətlərdə ağır anlar yaşana
bilər.
Günün ikinci yarısında bəzi hadisələr sizi təbdən
çıxara bilər. Xoş olmayan xəbərlər gətirən çətin zamanlar başlanır.
Həmin informasiyalara reaksiya verməyə tələsməyin. İndi həddən ziyadə
önəmli, vacib təsir bağışlayan işlər bir qədər sonra sizə önəmsiz təsir
bağışlayacaq.
Axşam saatlarına yaxın gəlir əldə edəcəksiniz.
Tərəzi -
Bilik və bacarıqlarınızdan yararlanın, təcrübənizdən faydalanın.
Qüvvənizlə potensialınıza ifrat dərəcədə güvənməyin. Yeni müttəfiqlər
tapmağa çalışın. Uğursuzluğa düçar olacağınız halda ən yaxın dostlardan
birinin sizi tərk edəcəyinə hazır olun.
Günün ikinci
yarısında köhnə dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər. Çoxdan bəri
həllini tələb edən problemlərdən birini çözmək olar.
Dəvət
aldığınız tədbirə qatılmaq emosional durumunuza müsbət təsir edəcək.
Ətrafınızdakı aləmi dəyişməyə başlamaq əvəzinə yaşam arealınızda
yeniliklərə başlayın.
Əqrəb -
Yeni işlərə və layihələrə başlamaq üçün əlverişli zaman deyil.
Genişmiqyaslı layihələrə start verməyin, kiçik işlərlə kifayətlənməyə
çalışın. Ünsiyyətdə problemlər yarana bilər. Yardım üçün müraciət
etsəniz də, sizə kömək etmək istəyən yoxdur. Karyeranızın inkişafı və
maddi rifahınızın asılı olduğu insanlarla təmaslarda problemlər
yaratmayın.
Günün ikinci yarısında ifrat dəqiqlik və
konsentrasiya tələb etməyən, sadə, anlamlı işlərlə məşğul olun. Risk
etmək, bəxtə bel bağlamaq, uğura güvənmək yersizdir. Sükan arxasında çox
vaxt keçirməyin.
Oxatan - Bir
çox məqamlar baxımından uğurlu gündür. Yaxın insanlarla təmaslardan həzz
almaqla yanaşı, peşəkar fəaliyyət müstəvisində işləri qaydaya sala
bilərsiniz. Maliyyə çətinliklərini aradan qaldırmaq imkanları var. Mühüm
sənədləri hələlik imzalamayın. Ümumiyyətlə, sənədləşdirmə işlərindən
kənar durmağa çalışın. Diqqətli olun, ciddi səhvlərə yol verməyin.
Günün
ikinci yarısı dostlarla görüşlər, qohumlarla ünsiyyət, romantik
təmaslar üçün uğurludur. Tək-tənha qalanda özünüzü yaxşı hiss
etimirsiniz. Bədbin fikirlər sizi çulğayır. Əhvalınızın pisləşməsinə yol
verməmək üçün nikbin davranın.
Oğlaq -
Kiçik problemlər və xoşagəlməz olaylar istisna olmasa da, ümumən gün
pis deyil. İndiyədək sizə rəğbət bəsləməyən insanlarda belə xoş
təəssürat yarada bilərsiniz. Nüfuzlu insanlardan dəstək almaq, haminin
yardımlarına nail olmaq mümkündür. Biznes və ya kommersiyada yeni
layihələrə başlamaq olar.
Günün ikinci yarısında şəxsi
münasibətlərə müsbət təmayüllərin təsiri artacaq. Yaxınlarınızla
təmaslarda asanlıqla dil tapıb ortaq məxrəcə gəlin. Yardıma ehtiyacı
olanlara kömək edin. Yeni romantik macəra istisna deyil.
Laqeyd qaldığınız insanla münasibətləri bərpa edə bilərsiniz.
Dolça
- Nüfuzlu şəxslərlə təmaslar və yeni tanışlıqlar üçün əlverişli gündür.
Yaxın ətrafınızdakı insanlarla yanaşı, ünsiyyətdə olduğunuz insanlarda
özünüzlə bağlı xoş təəssüratlar yarada bilərsiniz. Yeni tərəfdaşlar və
müttəfiqləriniz olacaq. Problemlərin həllində yaradıcı yanaşmanı nümayiş
etdirmək olar.
İctimai olaylara və siyasətə maraq arta bilər.
Planlaşdırılmamış səfərlər və səyahət istisna deyil. Yaşam, fəaliyyət arealının dəyişdirilməsi, hətta köç üçün pis vaxt deyil.
Yaşamınızda ciddi dəyişikliklər olmayacaq. Buna rəğmən situasiya sizi təmin edir.
Balıqlar -
Günün ilk yarısında mühüm və önəmli işləri planlaşdırmayın. Xoş görüş,
maraqlı insanlarla təmaslar, parlaq təəssüratlar ola bilər. Cari işlər
sizə darıxdırıcı və rutin təsir bağışlaya bilər. Onları başqalarına
tapşırmaq istəyirsiniz. Lakin belə insanlar yoxdur. Özünüz çalışın,
işləri başa vurun. Yarımçıq işlər qoymayın.
Günün ikinci yarısı daha uğurlu olacaq. Başladığınız işlərdə uğur qazana bilərsiniz.
Maliyyə işlərində və şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Yaxın ətrafınızdakı insanlar sizə paxıllıq edəcəklər.
Milli.Az