Florida sakini, 57 yaşlı Harri Breder Facebook sosial şəbəkəsində həyat yoldaşına iki dəfə dostluq sorğusu göndərdiyinə görə həbs olunub.
O, bu hərəkəti ilə məhkəmənin mühafizə hökmünü (bu sənəd məişət zorakılığında ittiham olunan kişiyə arvadı ilə ünsiyyət qurmağı qadağan edir) pozmuş olub.
Breder özü də etiraf edib ki, o, həqiqətən 2010-cu ildə artıq iki ildir birgə yaşamadığı, lakin əvvəlki kimi rəsmi nikahda olduğu xanımına iki dəfə dostluq sorğusu göndərib. Bundan əlavə, o, öz Facebook səhifəsində həyat yoldaşını yalançı və ruhi xəstə adlandırıb və bildirib ki, onun peşəkar həkim yardımına ehtiyacı var.
Gün.Az