“Yeni Üfüq “Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı növbəti aksiyanı Xətai rayonu ərazisində həyata keçirib.
Birliyin sədri Sevinc Əzimbəylinin verdiyi məlumata görə, təşkilatın gəncləri bu aksiyanı ayda bir dəfə keçirirlər.
S.Əzimbəyli bununla da onların millətimizin şəhid övladlarının yaşamış olduqları binalara vurulmuş şəhid lövhələrini, eləcə də bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirməklə cəmiyyətin, ən azı həmin binada yaşayan insanların, xüsusilə, gənclərin milli qürurumuz olan qəhrəman şəhid övladlarımıza münasibətdə biganə olmayacaqlarına əmin olduğunu söyləyib.
QHT sədri birliyin gənclərinin ardıcıl olaraq keçirdiyi belə tədbirlərin gənclərimiz arasında milli-vətənpərvərlik hisslərinin yüksəlişinə səbəb olacağına inandığını və gerçək vətən şəhidlərinin ölkədən kənarda deyil, öz məmləkətinin uğrunda öldürülənlərin olduğunu xüsusi olaraq qeyd edib.
Gün.Az